GS1 Azerbaijan Cəmiyyətinə göndərilən Sifarişlərin "Şəxsi kabinet" istifadəçiləri üçün elektron qəbulu xidməti fəaliyyət göstərir.
Şəxsi kabineti istifadə edərək təqdim olunan əmtəələr üçün ştrixkod nömrələrin qeydiyyatını keçirmək olar.
Bunun üçün aşağıdakıları etmək lazımdır:
1.GS1 Azərbaycanla Istifadəçi arasında şəxsi kabinet vasitəsi ilə ştrixkodların onlayn alınması üçün elektron qeydiyyat haqqında Saziş bağlanılır.
2.Bu Sazişin əsasında elektron qeydiyyatı üçün İstifadəçiyə “Buraxılış məlumatı” verilir.
İstifadəçinin adı | Xxxxxxx Xxxxxx |
İstifadəçinin GCP | 476XXXXXX |
Təmsilçinin adı, soyadı | Xxxxxxx Xxxxxx |
vəzifəsi | |
əlaqə telefonu | 994xx xxxxxxx |
[email protected] |
İstifadəçinin adı - GLN | 476XXXXXXXXXX |
Parol | Xx12xx55xx44x |
3. http://www.gs1az.org səhifəni açın və istifadəçinin Şəxsi Kabinet pəncərəsini tapın:
4.“Login” sahəsində İstifadəçinin Şəhadətnamədə qeyd olunan Qlobal Yerləşmə Nömrəsini (GLN) yazın.
5.“Parol” sahəsində səlahiyyətli şəxsə verilmiş "Buraxılış məlumatında" qeyd olunan parolu yazın.
6.“Daxil ol” düyməsini basıb Şəxsi kabinetə daxil olun.
7.Sifariş məlumat elektron cədvəlinə müvafiq məlumatları daxil edin və GS1 Azərbaycan-a göndərin.