Yeni üzvlər üçün GS1 sisteminin əsaslarına aid növbəti seminar keçirilib.

17.04.2026-cı il tarixində GS1 Azerbaijan tərəfindən yeni üzvlər üçün maarifləndirici seminar təşkil olunub. Tədbirdə 15-ə qədər sahibkar iştirak edib və GS1 sisteminin tətbiqi ilə bağlı vacib mövzular ətraflı şəkildə izah olunub.

Seminar zamanı iştirakçılara GS1 sisteminin mahiyyəti, iqtisadiyyatda rolu və məhsulların izlənməsi, identifikasiyası sahəsində əhəmiyyəti barədə geniş məlumat verilib. Eyni zamanda normativ sənədlər, dövlət orqanları ilə əməkdaşlıq mexanizmləri və bu sahədə mövcud tələblər iştirakçıların diqqətinə çatdırılıb.

Praktiki hissədə sahibkarlara şəxsi kabinetdən istifadə qaydaları, funksionallıq və imkanlar əyani şəkildə nümayiş etdirilib. Bundan əlavə, “GS1 Aze Barcode” mobil tətbiqindən istifadənin üstünlükləri, operativ idarəetmə imkanları və rahatlıq baxımından gətirdiyi yeniliklər izah olunub.

Seminar çərçivəsində beynəlxalq axtarış sistemi, məhsul məlumatlarının qlobal səviyyədə yoxlanılması imkanları və 2D yeni nəsil kodların tətbiqi mövzularına da xüsusi yer ayrılıb. İştirakçılara videolar vasitəsilə GS1 standartlarının praktik tətbiqi göstərilib, həmçinin istifadə olunan avadanlıqlar haqqında məlumat verilib.

Tədbirin sonunda sahibkarların sualları cavablandırılıb və gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub. GS1 sistemində qeydiyyatlarını təsdiq edən sənəd – Şəhadətnamələri təqdim edilib.