
Bu nəşrin məqsədi oxucunun ştrixkodlaşdırma texnologiyasında istifadə olunan əsas anlayışlar barədə bilik səviyyəsini müəyyən etməkdir. Xüsusilə, bu, biznesdə istifadə olunan ştrixkodların növləri, formatları və standartları ilə bağlı biliklərə aiddir. Bu parametrləri və qaydaları bilmək, biznesin ştrixkodlardan effektiv və səmərəli şəkildə istifadə etməsinə kömək edə bilər.
Eyni zamanda, bu biliklər ştrixkodlardan düzgün istifadə edilməməsi nəticəsində yarana biləcək səhvlərin və problemlərin qarşısını almağa imkan verir.
Təqdim olunan nəşr sadə və anlaşılan formada yazılmışdır, şəkil və illüstrasiyalarla zəngindir və öz fəaliyyətində ştrixkodlaşdırma texnologiyalarından istifadə edən şirkətlər üçün tövsiyə olunur. Ştrixkodlar üzrə təlim müəssisə əməkdaşlarına mövcud qaydaları, standartları və prosedurları anlamaq və onlara əməl etməkdə kömək edə bilər.
Bu nəşr həmçinin məhsul istehsalçı müəssisələrin işçiləri, eləcə də iqtisadi profilli təhsil müəssisələrinin müəllimləri üçün də faydalı ola bilər.