Bu ilin aprel ayının 5-də “Park İnn” mehmanxanasında “Anbar əməliyyatların optimallaşdırılmasına
dair aktual İT həllər” mövzusunda prezentasiya keçirildi. Prezentasiya Rusiyanın “SOLVO”
(Sankt-Peterburq ş.) şirkəti tərəfindən və GS1 Azerbaijan ştrixkod istifadəçiləri cəmiyyətinin
təşkilatçı dəstəyi ilə keçirildi. “SOLVO” şirkəti Rusiyanın anbarlarda, konteyner və digər
liman terminallarında, dəmiryol stansiyalarının “yük həyətlərində” və s. proseslərin
avtomatlaşdırılması üçün proqram təminatının öndə gedən tərtibatçılarından biridir.
Logistik saxlama obyektlərin avtomatlaşdırılması üçün şirkət kompleks həllər təqdim
edir - həm proqram, həm də avadanlıq.Tədbirdə 20-yə yaxın sənaye, kənd təsərrüfatı,
ticarət, distribyutor müəssisələrinin nümayəndələri iştirak etmişdir. Prezentasiyada iştirak
edən “SOLVO” şirkətinin baş direktorunun müavinləri A.Çij, A.Smirnov, marketinq
şöbəsinin müdiri D.Perşin iştirakçılarda maraq oyadan geniş məzmunlu material təqdim
etdilər. Anbar komplekslərin aktual avtomatlaşdırılması texnologiyalarının xülasəsini və
özlərinin istehsalı olan son ixtiralarını (Solvo.WMS) xüsusi vurğuladılar. Nümunə kimi
Solvo.WMS sisteminin İnfoskan 3D avadanlığı ilə inteqrasiyasının nümayiş etdi.
Avadanlıq anbarda yükün çəki-həcm xüsusiyyətlərini avtomatik ölçmək üçün nəzərdə
tutulub. “Gilan Holding”, “Veysəloğlu”, “Baku İnternational Tobacco”, “Carlsberg Azerbaijan”
kimi yerli şirkətlərin nümayəndələri yaxın zamanda “SOLVO” proqram məhsullarının
imkanları ilə daha ətraflı tanış olmağı planlaşdırır.