

05.03.2026-cı il tarixində keçirilən görüşdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əməkdaşlıq istiqamətləri müzakirə olunub. Görüşdə KOB mühitinin təkmilləşdirilməsi şöbəsinin müdiri Vüsal Qasımov iştirak edib. Görüş zamanı GS1 Azerbaijan mütəxəssisləri tərəfindən hazırlanmış "QRUP QABLAŞMASININ İDENTİFİKASİYASI VƏ ETİKETLƏNMƏSİ. Ümumi tələblər" milli AZS layihəsi müzakirə edildi.
Yeni standartın qəbulunun kiçik və orta sahibkarlıq üçün əlavə öhdəliklər yaradıb-yaratmadığı məsələsinə xüsusi diqqət yetirildi. GS1 Azerbaijan əməkdaşları bu məsələ ilə bağlı ətraflı izahat verdi. Müzakirələrin nəticəsində bildirilmişdir ki, KOBİA tərəfindən AZS layihəsinə müsbət rəyin veriləcəyi gözlənilir. Görüşdə həmçinin sahibkarlar üçün seminarların təşkili və təlim proqramlarının keçirilməsi imkanları müzakirə olunub. KOBİA nümayəndəsi qeyd edib ki, Agentlik mütəmadi olaraq görüş və tədbirlər təşkil etdiyindən, əvvəlcədən müəyyən olunacaq tarixlərdə KOB subyektlərinin iştirakı ilə seminarların keçirilməsi mümkündür.
Təlim proqramlarının təşkilinə də müsbət yanaşıldığı və bu istiqamətdə əməkdaşlıq imkanlarının açıq olduğu vurğulanıb.