GS1 Azerbaijan sisteminin istifadəçilərin və ştrixli kodların Depozitariyasının növbəti
yenilənməsi başa çatdı. Yenilik - istifadəçilərə müəyyən tarixdə müvafiq məktubların,
hesabların və xəbərdarlıqların avtomatik göndərilməsidir. Bundan başqa istifadəçilərin
logistikada istifadə olunan SSCC-18 kodlarına artan marağını nəzərə alaraq bu kodlar
EAN-8, EAN-13, EAN-14 əmtəə kodları ilə bir proqram təminatına daxil edilmişdir.
Yeni istifadəçilərin on-line qeydiyyatının imkanları genişlənib.Qeyd etməliyik ki, istifadəçilər
öz “şəxsi kabinetlərindən” yeni məhsullarına ştrixkod nömrələrin alınması üçün sifarişlər
göndərə bilirlər. Bunlar hamısı yerli istifadəçilərə GS1 Azerbaijan Cəmiyyətinin ofisinə
gəlmədən qeydiyyat üçün müraciət etməni asanlaşdıracaq.Ay ərzində yerli istehsalçılara
orta hesabla 1000-ə yaxın ştrixkod nömrələri ayrılır.