21 noyabr 2019 tarixində GS1 Azerbaijan Cəmiyyətinin ofisində sentyabr-noyabr 2019 müddətində
GS1 sisteminin istifadəçiləri olmuş yerli istehsalçılar üçün növbəti seminar keçirildi. Tədbirdə
20-yə yaxın un məmulatları, süd məhsulları, antifriz, sürtkü və mühərrik yağları, alkoqollu içkilər,
salfet və yeyinti məhsulları istehsal edən şirkətlərin nümayəndələri iştirak elədi. GS1 Azerbaijan
ştrixkod Depozitariyasının rəhbəri Gülanə Rəsulova GS1 beynəlxalq təşkilatın standartlarının
istifadəsinin əsas qaydaları ilə iştirakçıları tanış elədi: ştrixkodların verilmə qaydaları, çapı,
bağlamanın üzərinə yerləşdirilməsi, rəng çalarları, standart ölçülər, fərdi və qrup qablaşdırma və
etiketlərin çapı zamanı dizaynerlərin yol verdiyi səhvlər. Seminar zamanı GS1 sisteminin
istifadəçilərinin www.gs1az.org saytından uzaqdan Şəxsi kabinetlərindən istifadə qaydaları
ətraflı izah edildi.
GS1 Azərbaycan Cəmiyyətinin İT mütəxəssis Fərid Abasov istehsalatda insan faktoru olmaqla qələm,
dəftər vasitəsilə aparılan uçot zamanı yaranan səhvlərin aradan qaldırılması ilə bağlı çoxsaylı suallara
cavab vermiş, ştrixkod və RFİD avadanlıqlarını nümayiş etmişdir. Seminarda danışılan ümumi
mövzular haqqında məlumatların möhkəmləndirilməsi məqsədilə iştirakçılar arasında sual-cavab,
test keçirilmişdir. Seminarın sonunda GS1 Azerbaijan Cəmiyyətinin Baş direktoru Vəfa Əliyev
iştirakçılara məhsulların üzərinə beynəlxalq ştrixkodların vurulma hüququnu təsdiq edən
Şəhadətnamə təqdim etmişdir.