18 - 22 fevral tarixlərində Brüsseldə (Belçika) rekord sayda iştirakçısı olan 99 ölkədən 907
nümayəndə GS1 Beynəlxalq Cəmiyyətinin növbəti Qlobal forumunda iştirak etdi.
Forumun proqramı 65 plenar sessiyadan və Qlobal ofisin şöbələrinin və GS1 milli
təşkilatlarının nümayəndələrinin görüşlərindən, iş qrupların iclaslarından və təlim
seminarlarından, həmçinin McKinsey & Company, Carrefour, METRO Group,
Walmart Stores, Jonson & Jonson və s. kimi böyük şirkətlərin nümayəndələrinin
45 məruzəçisinin çıxışlarından ibarət idi. Forumda GS1 standartların qlobal rəqəmsal
identifikasiya şəraitində istifadəsi imkanlarıynan bağlı məsələlər müzakirə olunmuşdu.
Forum iştirakçıları 2018-2019-cu illərdə GS1 Registry Platform məlumatlarıynan işləmək,
hüquqi şəxslərin Qlobal identifikatorunun servisi (LEİ) və GS1 Cəmiyyətinin yeni standartı
UniqueİD kimi həyata keçirilən bir sıra GS1 təşkilatın əsas layihələrini dəstəklədilər.
Forumun işində GS1 Azerbaijan Cəmiyyətinin baş direktoru Vəfa Əliyev iştirak etdi.