GTIN-14, 14 rəqəmli Əmtəənin Qlobal İdentifikasiya Nömrəsidir. O, GS1 sistemində karton qutular, bağlamalar və ya paletlər kimi ticarət elementləri qruplarını unikal şəkildə identifikasiya üçün istifadə olunur.
Əsas məqamlar:
- GTIN-14 “indikator” rəqəmi ilə başlayır
- (1–8 — standart qruplaşdırmalar, 9 — dəyişən ölçülü məhsullar üçün).
- İndikator rəqəmindən sonra sahibkarın GS1 prefiksi, əmtəənin nömrəsi və nəzarət rəqəmi gəlir.
- GTIN-14 pərakəndə satış məntəqələrində istifadə üçün nəzərdə tutulmur.
- Hər bir GTIN-13 üçün səkkizə qədər unikal GTIN-14 yaratmaq mümkündür.
- Əsasən biznes əməliyyatlarında (məsələn, e-ticarət, logistika, GDSN) istifadə olunur.
- İndikator və nəzarət rəqəmləri hər bir qablaşdırma konfiqurasiyasının təchizat zəncirində unikal şəkildə izlənməsini və idarə olunmasını təmin edir.
GTIN-14-dən istifadənin pərakəndə satış şəbəkələri üçün üstünlükləri və perspektivləri:
- Sürət və dəqiqlik – Qəbulda və yükləmədə bütün qutunun ani skan edilməsi. Yükün emalı vaxtının 70-80% qədər azaldılması;
- Tam avtomatlaşdırma - Qutudakı məlumatların insan müdaxiləsi olmadan WMS/ERP sistemlərinə avtomatik inteqrasiya;
- Şəffaflıq və idarəetmə - Anbarınızda hansı məhsul qutusunun olduğunu, nə vaxt daxil edildiyinizi və hər bir qutunun anbar daxilindəki hərəkət trayektoriyasını izləmək imkanı;
- Xərclərin azaldılması - Əl əməyinə olan xərclərin əhəmiyyətli dərəcədə azalması, səhvlərin və onlarla bağlı maliyyə itkilərinin aradan qaldırılması.
GTIN-14 istifadə edilmədiyi zaman yaranan problemlər və risklər:
- Qəbul və yükləmə effektivliyinin aşağı düşməsi: GTIN-14 olmadan malın qəbulu və yükləmə prosesi zamanı ləngimələr baş verə bilər, belə ki, anbar işçiləri məlumatları əl ilə daxil etməyə məcbur olur, bu isə prosesi ləngidir və əlavə əmək xərclərinə səbəb olur;
- Səhvlərin sayının artması: Əl ilə daxiletmə qaçınılmaz şəkilde səhvlərə gətirib çıxarır: səhv daxil edilən mal miqdarı, malın təsvirində qarışıqlıq, son istifadə tarixi haqqında düzgün olmayan məlumat. Bu, birbaşa maliyyə itkilərinə, sistemdəki məlumatlara inamsızlığa və inventarizasiya ilə bağlı problemlərə təsir göstərir;
- Tam avtomatlaşdırmanın qeyri-mümkünlüyü: Müasir anbar idarəetmə sistemləri və skaner avadanlığı qrup qablaşdırmalardakı GTIN-14-ün avtomatik oxunması üçün nəzərdə tutulub. Bu kod olmadan, siz, İT infrastrukturunuzun imkanlarından tam istifadə edə bilməzsiniz.
- İzlənilmə üçün maneələr: Hər bir qutuda unikal identifikatorun olmaması məhsulun hərəkətinin izlənməsini və partiya üzrə geri çağırma proseslərini çətinləşdirir, bəzən qeyri-mümkün edir.