Ştrixkod - informasiyanın müəyyən edilmiş qaydada qara və ağ zolaqlar (ştrixlər və aralıqların) vasitəsilə kodlaşdırıldığı qrafik təsvir formasıdır. Ştrixkod xüsusi skanerlər vasitəsilə oxunur. Ştrixkodun təsviri xüsusi proqramların köməyilə kompüterdə qurulur. Oxunma zamanı skaner ştrixkodu (ştrixlərin və aralıqların kombinasiyasını) dekodlaşdırır və məlumat kompüterə və digər sistemə ötürür. Ştrixkodlardan məhsulların identifikasiyası, satışının və uçotunun aparılması, eləcə də logistika proseslərində istifadə olunur.