Home> GS1 sistemi haqqında> GS1 məqsədi və vəzifəsi

   GS1 məqsədi və vəzifəsi   

  Beynəlxalq Qlobal GS1 sistemi obyektlərin (əmtəələrin, xidmətlərin, yerləşmənin, daşınma və saxlanma vahidlərinin və s.) avtomatik rəqəmli identifikasiyasında istifadə olunur.

Və bu identifikasiya istehsalçıların, idxalçıların, ixracatçıların, ekspeditorların, topdan və pərakəndə ticarətçilərin məlumat mübadiləsi apardığı vahid bir dilin - GS1 identifikasiya nömrələri sisteminin köməyi ilə həyata keçir.

GS1 sistemi biznesin effektivliyinin artırılmasına, uçot obyektlərinin identifikasiya prosesinin təkmilləşməsinə, informasiya axınlarının nizamlanmasına yönəldilib. Bunun sayəsində isə əməyin effektivliyi də artır.

Bu sistem bir çox sahələrdə geniş şəkildə tətbiq edilir; istehsalatda, ticarətdə, tibbdə, nəqliyyatda, hərbi qüvvələrin maddi-texniki təminatında və s.