Home > Bizim Xidmətlərimiz > Verifikasiya

  Ştrixli kodların verifikasiyası   

  Ştrixli kodun verifikasiyası - ştrixkod simvolun göstəricilərinin ölçülməsi üzrə texniki prosedurdu. Bu prosedur zamanı göstəricilərin simvola qoyulan tələblərə uyğun olub olmadığı müəyyən edilir.
Bu gün avtomatik identifikasiya sisteminin istifadəçilərin üçün ştrixkodların keyfiyyətli çap edilməsi daha zəruridir, çünki bir çox şirkətlər oxunmayan və yaxud aşağı keyfiyyətli ştrixkodu olan məhsulların təchizatına görə hətta cərimə sanksiyaları tərtib edir.
Əmtəə istehsalçısının yapışdırdığı etiketlərdə şifrələnmiş informasiya bu əmtəənin daxil olduğu digər yerlərdə də alınmalı və oxunmalıdı; həmçinin bütün dünya üzrə ticarət partnyorları tərəfindən oxunmalıdı.

EAN/UCC Beynəlxalq Əmtəə Nömrələnməsi sisteminin ştrixli kodlarının simvolikasına və xətti simvollarının çap keyfiyyətinin sınaqqdan keçirilməsinə qarşı qoyulan tələblər AZS 260-2007 (15426-1-2002) standartları ilə müəyyən edilib.

Keyfiyyət zəmanəti kimi ştrix kod simvolunun sınaqdan keçirilməsi (verifikasiyası) çıxış edir. Bu cür sinaqları GS1 Azerbaijan cəmiyyətinin ofisində həyata keçirmək olar.
Bunun üçün biz xüsusi bir cihazdan istifadə edirik, hansı ki, standartların tələbinə tam uyğun olaraq ştrixkodların keyfiyyətinin yüksək səviyyədə qiymətləndirilməsini həyata keçirir. Bu cihaz Axicon 6515 verifikatoru adlanır.

Daha təfərrüatlı hesabatlarda verifikatorlar çap səhvlərinin növünü və ciddilik dərəcəsini də qeyd edir.

Verifikatorlar Avtomatik identifikasiya vasitələrinin istehsalçıları Assosiasiyası (AIM Automatic Identification Manufactures) tərəfindən təsdiq edilmiş mövcud beynəlxalq standartlara uyğun olaraq, ştrixli kod simvolunun qiymətləndirilməsinə proqramlaşdırılıb.