|
GS1 Azərbaycan Cəmiyyətinin 15 №-li (dekabr,2009) İnformasiya Bülletenində və www.gs1az.org saytında məlumatlandırdığımız təlim seminarların silsiləsi başlamışdır. Seminarların təqviminə əsasən 2009-cu ilin 04 dekabr tarixində "GS1 və GS1 sisteminin prinsipləri və asasları. GS1 Azərbaycan haqqında. Avtomatik identifikasiyaya aid Dövlətlərarası və AR Dövlət standartları" və 2010-cu ilin 03 mart tarixində "Ştrixkod simvolları ilə malların və hər növ xidmətlərin nömrələnməsi və markalanması. Ştrixkod simvolikaların növləri. Bağlamanın üzərində ştrixkodların yerləşdirilməsi, onların rəng palitrası və ölçülərinin istifadə qaydaları. Etiketlərin çapı və markalanması zamanı tipik səhvlər" mövzulu seminarlar GS1 Azərbaycan Cəmiyyətinin ofisində keçirilmişdir. Seminar iştirakçıları tədbirin yaxşı təşkilini və maraqlı keçirilməsini qeyd etmişdilər. GS1 Azərbaycan Cəmiyyətinin mütəxəssisləri nümaiş üçün yeni prezentasiyalar, video və metodik-informasiya materialları hazırlamışdılar. İştirakçılar təlim seminarların peşəkarcasına hazırlanmasını, Cəmiyyətin nüfuzunun yüksəlməsini və gələcəkdə xeyir gətirəcəyini qeyd etmişdilər.
|