
|
GS1 Аzərbaycan Cəmiyyəti avtomatik identifikasiya sistemi ilə maraqlalanlar üçün seminarların keçirilməsini planlaşdırır. Müasir informasiya texnologiyalarından istifadə etməklə təşkilatın inkişafı və təkmilləşdirilməsi ilə məşğul olan rəhbərlər, menecerlər, logistlər və mütəxəssislər seminarlarda iştirak etmək üçün dəvət olunurlar. Seminarların keçirilmə tarixləri və mövzular əlavə olunur. Seminarın mövzusuna uyğun olaraq GS1 Azərbaycan Cəmiyyətinin mütəxxəssisləri iştirakçılara video materiallardan istifadə etməklə təlim kursu və metodik-informasiya materialları hazırlayıb. Seminarlar pulsuzdur. Keçirilmə yeri: GS1 Azərbaycan ofisi (Bakı ş. Üz.Hacıbəyov küçəsi,41 ofis 62-63). Seminarın müddəti – 2,5 saatadəkdir. Seminarın başlama saatı – 10:00. Seminarın qurtarma saatı – 12:30. Bizim saytımızda seminarların keçirilmə qrafikini izləyə bilərsiniz. Seminarlar aşağıda göstərilən sahələrin mütəxəssislərinə faydalı olacaq: - logistik vahidlərin, məhsulların və xidmətlərin markalanması, - radiotezlikli identifikasiya və ştrixli kodlaşdırmadan istifadə etməklə avtomatik identifikasiya sistemlərinin tətbiqi, - anbarların və ticarət məntəqələrinin işlərində effektivliyinin artırılması, - elektron kommersiya və məlumatların elektron mübadiləsi sistemlərinin istifadəsi, - nəqliyyat daşınmaların izlənməsi. Seminarda iştirak edərkən, - Siz Beynəlxalq ştrixli kodlaşdırmadan istifadə etməklə müəssisənizin məhsullarını dünya bazarına çıxmasına yeni partnyorları və ya təchizatçıları necə tapmaq olmasını ÖYRƏNƏCƏKSİNİZ, - Siz avtomatik identifikasiya sahəsinin son nailiyyətləri və yeni texnologiyaları haqqında, EAN/UCC standart etiketlərinin praktiki istifadəsi, nəqliyyat bağlamalarda SSCC-18 seriyalı kodla, ştrixli kodlaşdırmanın perspektiv simvolikası Databar kodu ilə TANŞ OLACAQSINIZ, - məhsulun elektron kodlaşdırılması texnologiyalarının perspektiv tətbiqi və məlumatların elektron mübadilə sistemləri haqqında faydalı məlumatlar, ştrixli kodlaşdırma avadanlıqlardan işləmək bacarığı ƏLDƏ EDƏCƏKSİNİZ, - başqa təşkilatların nümayəndələri ilə İŞGÜZAR ƏLAQƏLƏRİ YARADA BİLƏCƏKSİNİZ, - GS1 Azərbaycan Cəmiyyəti tərəfindən dinləyici Sertifikat ƏLDƏ EDƏ BİLƏCƏKSİNİZ. |