Home > GS1 sistemi> Avtomatik İdentifikasiya Texnologiyaları> Ştrixli kodlaşdırma> Ştrixkod simvolikaları

   Ştrixkod simvolikaları  

  EAN-8, EAN-13, UPC-A, UPC-E simvollar ilə təqdim olunan EAN/UPC simvolikasının ştrixli kodu rəqəmli informasiyanın kodlaşdırılması üçün nəzərdə tutulub və beynəlxalq GS1 sistemi çərçivəsində əsas maşınla oxunan məlumat daşıyıcılarından biridi.

Hazırda, Code 128 (Kod 128) və Code 39 (Kod 39) ştrixli kod simvolikaları EAN/UPC və Interleaved 2 of 5 (5-dən 2-si sıralanandan) simvolikaları ilə yanaşı, xətti simvolikalar arasında dünyada ən geniş yayılan simvolikalardı. Bu simvolikalarda simvol ştrixli kod simvolunun bir xətt üzərində düzülmüş işarələri ilə təqdim olunur.

Lakin, EAN/UPC və Interleaved 5 of 2 simvolikalarından fərqli olaraq, bu simvolikalar rəqəmli informasiyanı kodlaşdırılmasından başqa, həmçinin, latın hərfləri və xüsusi qrafik işarələri daxil edən məlumatları da kodlaşdırmağa imkan verir.
Ştrixkodlar aləmində yeni inkişaf edən istiqamət - ikiölçülü kodlardı. Çoxsətrli simvol şaquli xətt üzrə yanaşı yerləşən iki və daha çox ştrixkod simvolunun işarələr sətrindən ibarətdir. Ştrixkod simvolunda qısa məlumat ardıcıllığını təqdim etmək imkanı verən və, adətən, xarici bazasında qeydiyyat üçün açar olan ənənəvi xətti ştrixkod simvolikalarından fərqli olaraq, çoxsətrli simvolikalar informasiyanı tam həcmdə kodlaşdırmağa imkan verir.
Bundan əlavə, çoxsətrli simvolikalar bir neçə simvollarda təqdim olunan məlumatları bir böyük fayla yerləşdirmək üçün xüsusi sıxma mexanizmlərini daxil edirlər. Bu tip kodlara nümunə kimi PDF 417, MaxiCode, Data Matrix, Aztec Code kodlarını qeyd etmək olar.