Home > Bizim Xidmətlərimiz

  Bizim Xidmətlərimiz   

   GS1 Azərbaycan aşağıdakı xidmətləri göstərir :

   -   GS1 beynəlxalq sistemində əmtəə istehsalçısına qeydiyyat nömrəsinin verilməsi (GCP - Global Company
       Prefix);

   -   GS1 sistemində istehsalçı-müəssisənin məhsulunun kodlaşdırılması;

   -   GS1 sistemində müəssisənin yerləşmə identifikasiya nömrəsinin verilməsi (GLN - Global Location
       Number);

   -   beynəlxalq GS1 sistemində ştrixkod istifadəçilərin axtarışı;

   -   müəssisə barədə məlumatı GS1 sisteminin GEPIR (Global Electronic Party Information Registry) elektron
       kataloqunda saxlanılması;

   -   EAN/UCC sisteminin yerli istifadəçilərinin məhsul nümunələrinin GS1 Azərbaycan cəmiyyətinin ofisində
       yerləşdirilməsi;

   -   GS1 Azərbaycan bülletenlərinin və informasiya materiallarının paylanması;

   -   GS1 Azərbaycan və digər təşkilatların keçirdiyi tədbirlər, seminarlar, sərgilər barədə məlumatlandırması;

   -   avtomatik identifikasiya üzrə beynəlxalq standartların tənzimlənməsi (harmonizasiyası);

   -   avtomatik identifikasiya üzrə normativ-metodik sənədlərin təqdim edilməsi;

   -   GS1 Azərbaycan məlumat bülletenlərində GS1 Azərbaycan istifadəçiləri barədə reklam materiallarının
       yerləşdirilməsi;

   -   avtomatik identifikasiya texnologiyalarından istifadə məsələləri üzrə məsləhətlərin verilməsi;

   -   ştrixli kodların verifikasiyası;

   -   GS1 Azərbaycan sisteminin istifadəçiləri üçün tədris kurslarının və seminarların keçirilməsi.