
|
RFID (Radio Frequency Identification)
avtomatik identifikasiyanın sahəsinin
yeni texnologiyasıdı. Bu texnologiya, obyekt haqqında
məlumatı bilavasitə təmas olmadan da əldə
etməyə imkan verir. İnformasiyanın oxunması və
ya yazılması prosesinin həyata keçdiyi məsafə,
tətbiq olunan avadanlıqdan asılı olaraq bir neçə
millimetrdən bir neçə metrə qədər
dəyişə bilər. Radiotezlikli işarələrin özü də müxtəlif formada olur. Kredit kartı ölçüsündə və ya heyvanların yerdəyişməsini izləmək üçün istifadə olunan çox kiçik, yeridilən şüşə işarələr ki, yaxud da konteynerlərə, dəmiryolu vasitələrinə bərkidilən böyük işarələr. İşarələrin və oxuyan cihazların işlədikləri tezlik də müxtəlifdir, 126 kHz-də-dən 5.8 GHz-ə qədər. Azərbaycanda RFID üçün 865,6-867,7 MHz diapazonunda tezlik ayrılıb. Radiotezlikli identifikasiyanın ən böyük üstünlüyü ondadır ki, məlumatın alınması və yazılması prosesinə tələb olunan məsafə onlarla metr arasında dəyişir. |