Home > GS1 Azərbaycan> Hadisələr

   Hadisələr

03 fevral 2011

Zebra şirkəti ilə birgə prezentasiya


2011-ci ilin fevral ayınin 3-də “GS1 Azərbaycan” Cəmiyyətinin ofisində “Zebra” (ABŞ) şirkəti ilə birlikdə ştrixli kodlaşdırma texnologiyalarının səhiyyədə, istehsalatda, ticarətdə istifadə olunmasına həsr olunmuş iki prezentasiya keçirmişdilər. Zebra şirkəti termo, termotransfer, kart çap edən printerlərinin istehsalı üzrə dunya lideridir. Şirkətin Avropa, Aziya, Şimali və Canubi Amerikada nümayəndəlikləri var. Hal-hazırda dünyanın 90 ölkəsində 2 milliondan artıq etibarlı və müasir Zebra printerləri dövlət və kommersiya qurumlarında geniş istifadə olunur. Tədbirə xüsusi dəvət olunmuş beynəlxalq “Zebra” şirkətinin Moskva filialında çalışan menecer Pavel Letyaqin müasir ştrixli kodlaşdırma texnologiyalarının istifadə edilməsinin üstünlükləri və Zebra printerlərin həyatın müxtəlif sahələrində tətbiq olunmasının dünya təcrübəsi haqqında ətraflı məlumat verdi. Birinci prezentasiyada Bakı şəhərinin bir sıra tibb mərkəzləri – “Dərman vasitələrinin analitik ekspertizası mərkəzi”, “Mərkəzi Klinika”, “Sağlam Ailə”, “Dialab”, “MediClub”, "Leyla Şixlinskaya klinikası", “Avis” apteki və digərlər iştirak etmişdirlər. İkinci prezentasiyada “Zebra” şirkətinin printerlərinin müxtəlif istehsalat sahələrində istifadə olunması haqqında demomateriallar iştirakçılara nümayiş olmuşdur. Tədbirdə “Azərexspresspoçt”, tikinti materialların istehsalçıları “Mətanət-A”, “NB Group”, kompüter şirkətləri “Ultra Computers”, “BestСomp Group” nümayəndələri, sərgilərin təşkilatçısı “ITECA Caspian”, mebel salonu “Muller Interyer” və digər şirkətlərin nümayəndələri iştirak etmişdirlər. “GS1 Azərbaycan” Cəmiyyəti “Zebra” şirkəti ilə uzun müddət ərzində əməkdaşlıq edir, və bu şirkətin istehsal etdiyi termo, termotransfer printerlərin və sərf olunan vəsaitlərin Azərbaycanda satışını təmin edir.
geri