
|
Əgər Siz Avtomatik İdentifikasiya Cəmiyyətinin istifadəçisi olmaq qərarına
gəlmisinizsə, onda aşağıdakıları etmək lazımdır. 1. Müəyyən edilmiş qayda üzrə Cəmiyyətə daxil olmaq barədə Ərizə doldurulmalıdır. Hər bir müəssisə mülkiyyət növündən və istehsalat həcmindən asılı olmayaraq GS1 Azərbaycan Cəmiyyətinin İstifadəçisi ola bilər. 2. Müqavilədə göstərilən məbləğ ödənməlidir. Ödəniş haqqı ödənildikdən sonra, Sizə beynəlxalq GS1 sistemində unikal identifikasiya nömrəsi ayrılır. Bu identifikasiya nömrəsi əsasında məhsullara kodlar verilir. 3. Ştrixli kodlaşdırma sisteminin əsas məqsədi - düzgün uçotun aparılmasıdır. Buna görədə hər məhsulun öz ştrixli kodu olmalıdır. Müəyyən edilmiş Qayda üzrə ştrixli kodlaşdırma üçün hazırlanmış məhsulların Siyahısı tutulmalıdır. Hər bir əmtəə növünün təsviri göstərilməlidir - onun tam adı, xüsusiyyətləri (növü, şəkərliyi, bərkliyi, faizi və s.), qablaşdırma vahidi (karton qutu, 0,5 lt şüşə, butulka, paket və i.ə.). Nümunələr göstərilib. 4. Müəssisənin Ədliyyə Nazirliyinin Dövlət Statistika qeydiyyatı haqqında şəhadətnamələrin, Vergilər Nazirliyindən verilmiş VÖEN sürətləri təqdim edilməlidir. 5. İstehsal olunan məhsullara verilmiş texniki sənədlərin sürətləri (DÜST, TŞ, sertifikat və s.) təqdim edilməlidir. Sənədlər ilə tanış olduqdan sonra müəssisəyə Beynəlxalq GS1 sistemində GS1 Azərbaycan Cəmiyyətinin Əmtəə Nömrələməsi Depozitarisində qeydiyyata alınmış Unikal identifikasiya nömrələrin: İstifadəçinin Qlobal Prefiksi (GCP) və Məlumatların Elektron Mübadiləsi üçün Qlobal Yerləşdirmə Nömrəsi (GLN) haqqında "Şəhadətnamə" təqdim olunur. Qeydiyyat qaydaları haqqında daha ətraflı məlumat almaq üçün GS1 Azərbaycan təşkilatına müraciət edə bilərsiniz. |