Home> GS1 sistemi> GS1 sisteminin əsas tətbiq sahələri

   GS1 sisteminin əsas tətbiq sahələri   

  GS1 sistemi - aşağıdakıları əhatə edən beynəlxalq çoxsahəli açıq standartdı:
  • - əmtəələrin, xidmətlərin, mülkiyyətin (əmlakın), yerləşmənin, təchizat vahidlərinin (nəqliyyat vahidlərinin) və sairənin
            unikal identifikasiya nömrələri;
  • - kodlaşdırılmış informasiyanın avtomatik oxunması üçün GS1 ştrixkodları;
  • - standart GS1 nəqliyyat etiketi, təchizat vahidləri (konteynerlər, bağlamalar, altlıqlar) üçün identifikatorlar sistemi;
  • - informasiya və kommunikasiya tələbatlarının ödənməsini təmin edən və sistemin iş effektivliyini artıran informasiya
           və kommunikasiya vasitələri; onların arasında - EANCOM standart elektron ismarıcların (məlumatların), elektron
           kataloqların və s. adını çəkmək olar.


  • Hal-hazırda bu sistem, topdan və pərakəndə ticarətdə, tibbdə, loqistikada, nəqliyyatda (avtomobil, dəmir yolu, dəniz və s.), müdafiədə (xüsusən də hərbi qüvvələrin maddi-texniki təminatında), elektron, toxuculuq və yüngül sənayelərdə, kargüzarlıqda, energetikada, kənd təsərrüfatında, ərzaqların təhlükəsizliyinin təminatında, muzey, nəşriyyat, kitabxana işlərində və digər sahələrdə geniş tətbiq edilir.

    Son zamanlar GS1 sisteminin geniş tətbiq edildiyi sahələri kimi loqistikanı, əczaçılıq sənayesini, həmçinin ərzaqların təhlükəsizliyinin təminatı, xüsusən də, ət məhsullarının yetişdirmə şəraiti, mənşəyi, emalı, saxlanması və satılması da daxil edilməklə, yeyinti məhsullarının təchizat xətti üzrə müşaiyəti və izlənməsi sahələrinin adını çəkmək olar.