|
2010-cu ilin sentyabr ayın 21-də “GS1 Azərbaycan” Cəmiyyətin ofisində apteklər və depolıarda dərmanların uçotunun aparılması üçün “Mənim aptekım” proqram təminatın prezentasiyası keçirilmişdir. Tədbirdə “Avis”, “Medi Club”, “Mərkəzi aptek 2008”, “Trust med”, “Aptek № 80” və digərlər apteklərin müdirləri və əməkdaşları iştirak etmişdirlər. Prezentasiya zamanı iştirakçılara proqramın əsas iş prinsiplərin nümayişi keçirildi və apteklərdə dərman preparatların uçotunun aparılmasının üstünlükləri müzakirə olundu. Prezentasiya iştirakçiları bu yeniliyi maraqilə qarşıladılar və qeyd etdilər ki, bu gün yerli aptek və depolarda dərman preparatların uçot aparılmasında böyük ehtiyac var. Bundan başqa prezentasiyada lazımı ştrixkod avadanlığı: ştrixkod skanerləri, etiket çap edən printerlər, və inventarlaşmanın aparılması üçün məlumat yığımı terminalları göstərildi. “GS1Azərbaycan” Cəmiyyətin Baş direktoru Vəfa Əliyev qeyd etdi ki, “Məhsulların uçotunun aparılmasının avtomatlaşması və bu gün ən asan,ucuz və çox effektiv üsuldur. Onu nəzərə alsaq ki, apteklərdə dərman vasaitələrin nomenklaturası minlərlə hesablanır, ştrixli kodlaşdırmanın istifadəsi aktuallaşır, çunki bu üsul lazım olan dərmanın axtarışını, satış analizını və digər əməliyyatları asanlaşdırır.
|