Home > GS1 Azərbaycan> Hadisələr

   Hadisələr

6 fevral 2010
Lənkaranda səyyar təqdimatın keçirilməsi

2010-cu ilin 06 fevral tarixində GS1 Azərbaycan Cəmiyyətinin əməkdaşları Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin 5 saylı Ərazi Dövlət Nəzarəti İdarəsi ilə birlikdə Lənkaran şəhərində "PalDad" müəssisəsinin bazasında "Ştrixli kodlaşdırma standartları. Ştrixli kodlaşdırma iqtisadiyyatın real sektorlarında" mövzulu təqdimat keçirmişdilər. Tədbirdə iştirak üçün Lənkaran şəhərinin müxtəlif istehsalat obyektlərinin mütəxəssisləri, yerli fərdi sahibkarlar dəvət olunmuşdur. Havanın qeyri-sabit olduğuna baxmayaraq iştirakçıların sayı 20 nəfər təşkil etmişdir. "Man", "Çinar", "Savalan Abu-həyat", "Embawood", "Umman", "Nur-Süd", "Pal-Süd", "Şəms", "Ağa" və s. şirkətlərinin nümayəndələri tədbirdə iştirak etmişdilər.
Təqdimatda GS1 sistemi və onun standartları, GS1 Azərbaycan qurumu və ümumi ştrixlikodlaşdırma haqqında anlayış verilmişdir. Ştrixlikodların çapı zamanı dəfələrlə buraxılan səhvləri haqqında izahatlar verilmişdir. Ştrixlikodlaşdırma avadanlığları: ştrixkod skanerləri, termotransfer printerlərin, məlumat yığımı terminalların iş prinsipləri nümaiş olunmuşdu. Bütün tədbir iştirakçılarına böyük həcmdə metodik-informasiya materialları və reklamlar paylanmışdır. İştirakçılar bu cür tədbirlərin faydalı olduğunu qeyd etdilər və müntəzəm olaraq keçirilməsini arzuladılar. Keçirilən səyyar təqdimatın nəticəsində Lənkaran və onun ətraf regionlarından ştrixkod istifadəçilərin sayının artımı gözlənilir.





































geri