
"GS1" beynəlxalq təşkilatının ümumi spesifikasiyasına əsaslanaraq
öz ərazisi çərçivəsində "GS1 Azərbaycan" cəmiyyəti
pərakəndə satışa daxil olan dəyişkən çəkili məhsullar
üçün ştrixkod nömrələrinin strukturu haqqında yeni qaydalar
hazırlamışlar. Belə məhsulların identifikasiya nömrələrinin formatı
və strukturu aşağıdakılardan ibarətdir:
XXX (XX) - "GS1 Azərbaycan" cəmiyyəti tərəfindən verilən qeydiyyat nömrəsi; ID - məhsulun identifikasiya kodu "GS1 Azərbaycan" cəmiyyəti tərəfindən 01-99 hüdudunda verilir; VVVV (VVVVV) - məhsulun dəyişkən xassəsini (çəki, qiymət, və s.) göstərən dərəcələrdir; C - standart alqoritm ilə hesablanan nəzarət rəqəmidir.
Pərakəndə satış üçün nəzərdə tutulmuş
dəyişkən çəkili məhsulların ştrixli kodlaşdırılma
qaydaları unikal identifikasiyanı təmin edir və pərakəndə
qablaşdırılmış dəyişkən çəkili məhsulun ixracatı
zamanı tətbiq edilir.
|