
|
“Ştrixli kodlaşdırma sual və cavablarla” və "Штриховое кодирование в вопросах и ответах" - Azərbaycanda ştrixli kodlaşdırma mövzusuna aid ilk kitablardır. Kitablar Azərbaycan və rus dilində nəşr edilib. Bu kitabların müəllifi Azərbaycanda ştrixli kodlaşdırma sisteminin təşkilinin əsasını qoyanlardan biri “GS1 Azerbaijan” təşkilatının baş direktoru Vəfa Əliyevdir.
Kitablarda ştrixli kodlaşdırma texnologiyasının müxtəlif sahələrinə aid 200-dək suallar və cavablar var. Kitabların hər biri üç hissədən ibarətdir: 1. Ştrixli kod haqqında əsas məlumat. 2. Ştrixli kod haqqında praktiki məlumat. 3. Ştrixli kodlaşdırmanın texniki vəsaitləri. - Ştrixkodu oxuyan skanerlər; - Termo/termotransfer printerlər; - Mobil məlumat yığımı terminalları; - Sərf olunan materiallar. Avtomatik identifikasiya sistemi istifadəçilərə hansı faydalar verir, öz malınıza ştrixkodu necə əldə edə bilərsiniz, avadanlıq seçərkən səhv etməmək üçün nə etmək lazımdır, müxtəlif xüsusiyyətli mallara hansı kod seçmək lazımdır, malların bağlamalarına hansı üsulla ştrixkod çap olunur – bu və digər bir sıra suallar və cavablarla bu kitabları oxuyaraq tanış olacaqsınız. Kitablar geniş oxuyan kütlə üçün maraqlı və faydalı olacaq: müəssisə rəhbərləri, sahibkarlar, iqtisadiyyatın müxtəlif sahələrində çalışan və ştrixli kodlaşdırma ilə məşğul olan mütəxəssislər üçün. Faydalı məlumatların, materialların və rəngli şəkillər çoxluğunu nəzərə alaraq, bu kitabları metodik vəsait kimi iqtisadi və texniki ali məktəblərin tələbələrinə və müəllimlərinə tövsiyə etmək olar. Əgər Siz “Ştrixli kodlaşdırma sual və cavablarla” və "Штриховое кодирование в вопросах и ответах" kitabları əldə etmək istəyirsinizsə, xahiş edirik, sifarişinizi kitabların sayını qeyd etməklə bizə göndərəsiniz. Hər iki dildə kitabların sifarişi qəbul olunur.
|