Home > GS1 Azərbaycan haqqında > Ştrixkodların tətbiqində 10 addım

                                               GS1 Baş ofisinin web saytında bu səhifəni aça bilərsiz

   Ştrixkodların tətbiqində 10 addım   
  Addım 1:  Müəssisənin GS1 Prefiksinin alınması
  Addım 2:  İdentifikasiya nömrələrinin alınması
  Addım 3:  Ştrixli kodun çap edilməsi üsulunun seçilməsi
  Addım 4:  Skanerləşdirmə üçün "əsas mühitin" seçilməsi
  Addım 5:  Ştrixli kodun simvolikasının seçilməsi
  Addım 6:  Ştrixli kodun ölçülərinin seçilməsi
  Addım 7:  Ştrixli kod rəqəmlərinin təsvir edilməsi
  Addım 8:  Ştrixli kodun rənginin seçilməsi
  Addım 9:  Ştrixli kodun yerləşdirilməsi
  Addım 10: Ştrixli kod simvolunun çap keyfiyyətinə nəzarət


   Addım 1:  Müəssisənin GS1 Prefiksinin alınması

   Ştrixli kodlardan istifadə etməmişdən öncə, müəssisə həmin ştrixli koda daxil olacaq rəqəmləri əldə etməlidi. Bu rəqəmlər
   "GS1 identifikasiya açarları" adlanır. "GS1 açarının" yaradılmasında ilk addım - GS1 Milli təşkilatında Müəssisə Prefiksinin
   alınmasıdır. Belə prefikslər hazırda bir milyondan artıq şirkətlərin identifikasiyasında istifadə edilir və təchizat silsiləsi üçün
   unikal identifikasiya əsası yaradır.
   Azərbaycanda Müəssisənin GS1 Prefiksini əldə etmək üçün namizəd olan müəssisə "GS1 Azerbaijan" Milli təşkilatına müraciət
   etməlidir. Müraciət daxil olduqdan sonra isə, "GS1 Azerbaijan" öz növbəsində, müəssisəyə üzərində unikal Müəssisənin Qlobal
   Prefiksi və məlumatların elektron mübadiləsi üçün Qlobal Yerləşdirmə Nömrələri qeyd edən Şəhadətnaməni verir.

27
 
  Addım 2:   İdentifikasiya nömrələrinin alınması

   Müəssisənin GS1 prefiksini əldə etdikdən sonra, fiziki və ya hüquqi şəxs ştrixli kodların identifikasiya nömrələrini bütün
   məhsullarına (əmtəə və xidmətlər), yerləşmələrinə, logistik vahidlərinə, şirkətin fərdi aktivlərinə, qayıdan vahidlərə (pallet,
   çəllək və qutular) vermək hüququna malikdir. Prosedur çox sadədi. "GS1 Azerbaijan" təşkilatı ərizənizə əsasən (xüsusi forma
   mövcuddu) sizi ştrixli kodların identifikasiya nömrələri ilə təmin edəcək.

28
 
  Addım 3:  Ştrixli kodun çap edilməsi üsulunun seçilməsi

   İlk növbədə, siz özünüz üçün müəyyənləşdirməlisiz, hansı əmtəə vahidi üçün ştrixli kod almaq istəyirsiz və bu ştrixli kod hansı
   məlumat daşıyacaq: daimi yaxud dəyişkən. Daimi məlumat nümunəsi olaraq bağlamanın üstündəki Ticarət vahidinin Qlobal
   nömrəsini göstərmək olar (GTIN). Dəyişkən məlumat nümunəsi olaraq isə əmtəə malının etiketindəki seriya nömrələrini
   göstərmək olar. Əgər aldığınız ştrixli kod daimi məlumatı əks etdirirsə və sizə çoxlu sayda etiket tələb olunursa (on minlərlə),
   etiketlərin çapı üçün mətbəəyə müraciət etməyiniz məqsədə uyğundur. Əgər sizə az sayda etiket lazımdırsa (bir neçə min), və ya
   etiketləriniz dəyişkən məlumat əks etdirirsə, bunun üçün termo və ya termotransfer printerdən istifadə edə bilərsiz. Ştrixli
   kodların çap edilmə üsulunun seçilməsi müəssisələrdə ştrixli kodlaşdırma sisteminin
   tətbiqi prosesində çox vacib əhəmiyyət daşıyan bir amildi.
   "GS1 Azerbaijan" təşkilatı ştrixli kodların düzgün çap üsulunun və müvafiq avadanlığın
   seçilməsində sizə yardımçı ola bilər.

  Addım 4:  Skanerləşdirmə üçün "əsas mühitin" seçilməsi

   Ştrixli kodun simvolikasının ölçülərinin, yerləşdirməsinin və çap keyfiyyətinin seçilməsi ştrixli kodun harda skanerdən
   keçirilməsindən asılıdı. Əmtəəmallarının skanerləşdirmə mühitinin 3 əsas variantını qeyd etmək olar:

9
   1. bağlama ticarət zalındakı kassa terminalında skanerdən keçirilir;





11
   2. bağlama paylanma mərkəzində, anbarda skanerdən keçirilir;





12
   3. misal üçün, tibbi və elektron avadanlıqların markalanması kimi xüsusi işlətmələr.





   Ştrixli kodun harda skanerdən keçirilməsini bildiyiniz zaman onun çapına dair müvafiq tələbləri müəyyən edə bilərsiz. Söhbət
   ştrixli kodun bağlamanın üzərindəki ölçülərindən gedir. Misal üçün, əgər bağlama kassa terminalında və ya paylanma
   mərkəzində skanerdən keçirilirsə, siz kassa terminalı üçün nəzərdə tutulmuş EAN/UPC simvolikasını istifadə etməlisiz. Lakin,
   bununla yanaşı paylanma mərkəzində və ya anbarda skanerdən keçirilmə şərtlərinə uyğun gəlməsi üçün siz daha böyük ölçülü
   etiket çap eləməlisiz. Həmçinin, etiketin yerləşməsinin paylanma mərkəzlərində skanerdən avtomatik keçirilmə prosesinin
   tələblərinə riayət edilməsi vacibdir.
   Əlavə məlumatı "GS1 Azerbaijan" təşkilatının mütəxəssislərindən əldə edə bilərsiz.

13
 
  Addım 5:  Ştrixli kodun simvolikasının seçilməsi

   Ştrixli kod üçün müvafiq simvolikanın seçilməsi, ştrixli kodlaşdırmanın uğurlu tətbiqi üçün çox böyük əhəmiyyət daşıyır. Bu
   seçimin əsas meyarları aşağıdakılarda:
14
   - əgər ştrixli kod pərakəndə kassa terminalında skanerdən keçirilən əmtəə
     obyektinə vurulursa, EAN/UPC simvolunun istifadəsi zəruridir;




   - əgər ştrixli kod dəyişkən informasiya ilə çap edilirsə (misal üçün, seriya
     nömrəsi, yarlılıq müddəti, yaxud da ölçü miqdarı), o zaman aşağıdakı
     simvolikalardan birini seçmək olar:

29

   - əgər GTIN (Ticarət Vahidinin Qlobal Nömrəsi) olan ştrixli kod qofrokartondan hazırlanmış bağlamanın üzərinə çap edilirsə,
     bu zaman ITF-14 simvolikası istifadə oluna bilər.

17

   Əgər ştrixli kod simvolikasının seçimində çətinlik çəkirsizsə, məsləhət üçün "GS1 Azerbaijan" təşkilatına müraciət edə bilərsiz.

 
  Addım 6:  Ştrixli kodun ölçülərinin seçilməsi

   Məlumatın kodlaşdırılması üçün ştrixli kod simvolikasını müəyyən etdikdən sonra etiketin dizaynın tərtibatı başlanır.
   Etiketdəki ştrixli kodun ölçüləri simvolika növündən və istifadə edilmə mühitindən asılıdır.

   EAN/UPC simvolikaları

   Bu simvolikaların digər simvolikardan (ITF, GS1-128 və s.) fərqi ondan ibarətdir ki, onlar satışda istifadə olunur. EAN/UPC
   simvolları hündürlüyü və eni arasında dəqiq müəyyən edilmiş nisbətə malikdirlər.
   Göstəricilərdən biri dəyişən zaman, digər göstərici də müvafiq nisbətdə dəyişdirilməlidi. Bu, dəqiq nisbətə əsaslanaraq
   EAN/UPC simvolları nominal hündürlük və en ölçülərinə malikdirlər.
   Ölçülərin mümkün olan dəyişiklikliyi, simvolun nominal ölçüsünün 80%-200% diapazonunda müəyyən edilmişdi. Bu barədə
   əlavə məlumatı DÜST-lərdən və GS1-in Təsnifatından (Spesifikasiyasından) əldə etmək olar. Simvol ölçülərinin dəyişdirilmə
   həcmi çox vaxt "böyüdülmə əmsalı" adlandırılır, və bu əmsal əmtəələrin təchizatına sifarişlərdə şərtləşdirilə bilər.
   Aşağıda minimal, nominal və maksimal "böyüdülmə əmsallı" EAN/UPC simvolları təsvir edilib.

30

   Bəzən, EAN/UPC simvollarının etiketdə tutduğu yeri bir az sıxlaşdırmaq üçün simvolun hündürlüyünün azaldılmasına yol
   verilir. Kəsilmə adlanan bu proses, EAN/UPC simvolları haqqında təsnifatda yol verilməz hesab edilir və bu üsuldan çəkinmək
   məsləhət görülür. Bu onunla əlaqədardı ki, pərakəndə ticarətdə istifadə olunan skanerlərdən keçirildiyi zaman, qısaldılmış
   simvolların effektivliyinin səviyyəsi əhəmiyyətli dərəcədə azalır.
   Əgər eyni EAN/UPC simvolu həm logistikada (nəqliyyatda, anbarda), həm də kassa terminallarında istifadə edilirsə, onun
   böyüdülmə əmsalının 150%-200% diapazonunda olması mümkündür. Nümunə kimi böyük ölçülü məhsullar üçün istifadə edilən
   karton qutuların üzərində təsvir olunmuş simvolları göstərmək olar (misal üçün, televizor, mikrodalğalı soba və ya kompüter).

   ITF-14 və GS1-128 simvolikaları
   ITF-14 və GS1-128 simvollarının ölçülərinin dəyişdirilmə diapazonu da həmçinin nizamlanmış qaydalarla müəyyən edilib.
   ITF-14 və GS1-128 simvollarının ölçüləri, adətən "X" ölçü vahidinə əsasən müəyyən edilir. ITF-14 və GS1-128 simvollarının
   ölçüləri, onların tətbiqi və daxil etdiyi identifikasiya nömrələri haqqında məlumatı GS1 Təsnifatından əldə edə bilərsiz, yaxud
   da "GS1 Azerbaijan" təşkilatının mütəxəssislərindən müvafiq mövzunda məsləhət ala bilərsiz.
   Əgər istifadə edilmə mühiti ticarət zalıdırsa, o zaman etiketlərin üzərində EAN/UPC simvolikasına aid ştrixli kodlar çap
   edilməlidi. Yox əgər, sənaye və logistika kimi mühitlərdə istifadə olunacaqsa, ITF-14, GS1-128, Code 39 və s. simvolikalarını
   tətbiq etmək lazımdı.


   Çap prosesinin seçilməsi
   Simvol ölçülərinin seçilməsi zaman əsas məqamlardan biri çap avandanlığının imkanlarının nəzərə alınmasıdı. Minimal ölçü
   (böyüdülmə əmsalı) və simvolun ştrixlərinin eninin müvafiq şəkildə azadılması çap prosesinə əsasən fərqlənir.
   Mətbəələr simvolun minimal ölçüsü (böyüdülmə əmsalı) və ştrixlərin eninin azaldılması üçün elə bir həcm təyin etməlidirlər ki,
   lazımı çap keyfiyyəti təmin edilsin.
 
   Addım 7:  Ştrixli kod rəqəmlərinin təsvir edilməsi

   Ştrixli kodun altında yerləşən və "vizual oxunma təqdimatı" adlanan rəqəmlərin rolu çox böyükdü. Çünki, əgər ştrixli kod
   zədələnibsə və yaxud aşağı keyfiyyətli olaraq skaner tərəfindən oxuna bilmirsə, o zaman, məlumatın oxunması üçün məhz bu
   rəqəmlərdən istifadə olunur.

31

   Aşağıda, GS1 sisteminə aid simvolların vizual oxunması üçün istifadə edilən rəqəmlərin təsviri ilə bağlı tez-tez meydana çıxan
   suallar cavablandırılır.
   ? Vizual oxunma üçün təqdim olunan rəqəmli əhəmiyyət müəyyən bir ölçüdə olmalıdırmı ?
    İlkin olaraq, EAN/UPC simvolikaların rəqəmləri üçün OCR-B şrifti seçilmişdi. Lakin, hazırda yetərincə aydın təsvirə malik
    olan istənilən şrift istifadə edilə bilər. EAN/UPC simvolları üçün təfərrüatlı təsnifatı GS1 Standartlarından əldə edə bilərsiz.
    ITF-14 və GS1-128 simvollarının vizual oxunma təqdimatı isə çox aydın və simvolun ölçülərinə proporsional şəkildə olmalıdı.
   ? Ştrixli kodun vizual oxunma təqdimatı harda yerləşdirilməlidi - yuxarıda ya aşağıda?
    Bu istifadə edilən simvolikadan asılıdı. EAN/UPC simvolları üçün yerləşmə müvafiq standartda qeyd olunub. ITF-14 və
    GS1-128 simvolikaları üçün isə rəqəmli əhəmiyyət həm simvolun üstündə, həm də altında çap edilə bilər.

32
   ? GS1-128 simvolikasının vizual oxunma təqdimatında tətbiq edilmə identifikatorları dairəvi mötərizəyə alınıblar.
    Doğrudanmı onlar orda olmalıdı və simvolun ştrix və aralarında kodlaşdırılıbmı?
    Tətbiq etmə identifikatorların (AI) hamısı vizual oxunma təqdimatında dairəvi mötərizəyə alınmalıdı, lakin, mötərizənin özü
    kodlaşdırılmır. Bu barədə əlavə məlumatı GS1 Təsnifatından əldə etmək olar.
   ? EAN/UPC simvolikasının vizual oxunma təqdimatında neçə rəqəm çap edilməlidi?
    UPC-A simvolikası altında 12 rəqəm çap olunmalıdı (nə az nə çox, heç bir istisnaya yol verilmir). EAN-13 simvolikası altında
    isə 13 rəqəm çap olunmalıdı (nə az nə çox, heç bir istisnaya yol verilmir). UPC-E və EAN-8 simvolikaları altında 8 rəqəm çap
    edilməlidi (nə az nə çox, heç bir istisnaya yol verilmir).
33
 
   Addım 8:   Ştrixli kodun rənginin seçilməsi
   Ştrixli kod simvolları üçün optimal rəng seçimi - ağ fon üzərinə çəkilmiş qara ştrixlərdi (fon araları və boş zonaları da daxil
   edir). Əgər siz başqa rənglərdən istifadə etmək istəyirsizsə aşağıdakı məsləhətlərə riayət edin:
   - ştrixlər üçün tünd rənglərin seçilməsi daha üstündür: misal üçün, qara, tünd-göy, tünd-qəhvəyi, tünd-yaşıl rənglər;
   - ştrixlər həmişə eyni rəngli xəttlərdən olunmalıdı;
   - boş zonalar və aralar üçün açıq rəngli fonun istifadə edilməsi daha üstündü (misal üçün, ağ rəngin);
   - həmçinin açıq fonun rəngi kimi qırmızı rəng çalarlarının istifadəsi mümkündür. Bunlara, narıncı, çəhrayı, şaftalı və açıq sarı
     rənglərini aid etmək olar. Bir halda ki, əksər skanerlər məlumatın oxunması üçün qırmızı şüadan istifadə edir, bu səbəbdən
     yuxarıda sadalanan rənglər ştrixlərin çapı üçün yox, yalnız fon üçün istifadə edilə bilər;
   - çox hallarda ştrixli kodun simvolu fonsuz çap edilir. Fon kimi astar çıxış edir. Və, əgər ştrixli kodun altına fon vurulursa,
     onda o bir rəngli olmalıdı;
   - fonun şəffaflığını azaltmaq üçün astara birrəngli boya ilə üst-üstə bir neçə qat çəkmək olar;
   - əgər astar üçün dalğalı çap texnologiyasından istifadə edilirsə, əmin olmaq lazımdır ki, rənglənmə boşluqsuz, və müntəzəm
     şəkildə aparılır.
23
 
   Addım 9:  Ştrixli kodun yerləşdirilməsi
   Ştrixli kod simvolunun yerləşdirilməsi dedikdə, onun bağlamanın üzərində yerləşdirilməsi başa düşülür. Ştrixli kod simvolunun
   yerləşdirilməsi barədə qərar verərkən məhsulun qablaşdırılma prosesini nəzərə almaq lazımdı. Əmin olun ki, qablaşdırılma
   zamanı vurulmuş ştrixli kod simvolu örtülmür və zədə almır (misal üçün, bağlamanın qırağına, kartonun qatlanan yerinə
   düşməyib və yaxud da digər bağlama materialı ilə örtülməyib).
24
   Simvolun yerləşmə yerini müəyyən etdikdən sonra, simvolun istiqamətinin müəyyən edilməsi məsələsində mətbəə ilə
   məsləhətləşmək lazımdı. Bu onunla əlaqədardı ki, bir çox çap prosesləri ştrixli kodun çap edilməsini, çap səmtinə nisbətən
   müəyyən bir istiqamətdə olmasını tələb edirlər.
   Fleksoqrafik çapın istifadəsi zamanı ştrixlər çap səmtinə paralel şəkildə yerləşdirilməlidilər. Əgər ştrixlər çap səmtinə nisbətən
   şaquli şəkildə yerləşdirilərsə, çalışmaq lazımdır ki, çap valının dairəvi forması səbəbindən yaranan simvol təhrifinə yol
   verilməsin.
34
   Əgər məlumat üçün "GS1 Azerbaijan" təşkilatına müraciət edə bilərsiz.
 
   Addım 10:  Ştrixli kod simvolunun çap keyfiyyətinə nəzarət
   Ştrixli kod simvollarının çap keyfiyyətinin yoxlanılma metodikası GS1 Təsnifatında müəyyən edilib. Ştrixli kod simvolunun
   çap keyfiyyətini qiymətəndirmək üçün verifikator adlı xüsusi bir cihazdan istifadə olunur, hansı ki, adi bir skaner kimi simvolu
   oxumaqla yanaşı onun keyfiyyətini də qiymətləndirir. GS1 sistemində ISO/IEC metodikası tətbiq olunur və hər GS1 ştrixli kodu
   üçün tətbiq edilən simvolikadan, istifadə mühitindən və identifikasiya nömrəsindən asılı olaraq çap keyfiyyətinə minimal
   tələblər müəyyən edilib.
   Minimal tələblərə əlavə olaraq, GS1 həmçinin verifikatorun aperturasının diametrini və dalğanın uzunluğunu da müəyyən edir.
   Ştrixli kod simvollarının keyfiyyətinə qarşı qoyulan tələblər müvafiq Standartlarda qeyd olunub. Şirkətlər özləri də ştrixli kod
   simvollarının keyfiyyətinə nəzarəti təşkil edə bilərlər.
26
                                                                                          top