Home > Bizim Xidmətlərimiz> Ştrixkodun çap keyfiyyəti

  Ştrixkodun çap keyfiyyəti  

Təcrübə göstərir ki, pərakəndə satış üçün istehsalçı tərəfindən göndərilən malların üzərində vurulan ştrixkodlar bəzən kassa terminallarında skanerlə oxuna bilmir. Etiketlərin üzərindəki ştrixkodların çap keyfiyyətinin yoxlanmasına əhəmiyyət verilməməsi küllü miqdarda maliyyə itkisinə gətirə bilər. Bu məsələnin aktuallığı daha çox məhsulların ixracında özünü göstərir.

Belə halların qarşısının alınması üçün, mağazaya göndərilən malların ştrixkodlarının qabaqcadan yoxlanmasına ehtiyac var. İxrac mallarının etiketlərindəki ştrixkodların hündürlüyü, eni, kontrastlığı qəbul olunmuş beynəlxalq standartlara uyğun olması xarici tərəfdaşlar tərəfindən irəli sürülən tələblərdən biridir.

Xaricdə ştrixkodların yoxlanması, yəni verifikasiyası ticarət şəbəkəsi və mal göndərən arasında bağlanan standart müqaviləsinin şərtlərindən biridir. Bunun üçün ixrac olunan malların üzərindəki ştrixkodların keyfiyyətinin yoxlanması məqsədəuyğundur.