
|
GS1 International - könüllü, qeyri-kommersiya dünyanın
108 milli təşkilatını birləşdirən
Assosiasiyadır. 2003-cü ildə
EAN (European Article Numbering) və UCC (Uniform Code Council)
sistemlərin vahid beynəlxalq əmtəə
nömrələməsi Assosiasiyasına birləşməsi
nəticəsində EAN yeni Global Standards One (GS1) adı
aldı. Beləliklə, GS1 bir sistemə birləşərək və ümumi biznes dilini istifadə edərək, gələcəkdə yeni qlobal biznes sistemin daha da sürətlə inkişaf etməsinə nail olur. Bu bütün beynəlxalq əmtəə nömrələməsi təskilatların nəslində qəbul olunmuş bir qərardır. GS1 əmtəə nömrələməsi və ştrixli kodlaşdırma standartlarının çoxsahəli beynəlxalq sistemini idarə edir. GS1 mallara və xidmətlərə unikal identifikasiya nömrələrin verilməsi sistemini işləmişdir. Bu nömrələr istehsalçılar, ixrac və idxalçılar, pərakəndə və topdan satış ticarətçilər arasında öz malları və xidmətləri haqqında məlumatın vahid EAN.UCC sistemində ötürülməsini ümumi dil vasitəsi ilə təmin edir. |