
| 12 noyabr 2010 | |||||
|
“GİLAN”da prezentasiya | |||||
|
Yerli sahibkarların avtomatik identifikasiya sahəsi üzrə maarifləndirilməsi məqsədi ilə “GS1 Azərbaycan” Cəmiyyətin keçirdiyi növbəti tədbir 2010-cu ilin noyabr ayın 12-də “GİLAN HOLDİNG"in zavodlarının birində təşkil olundu.”Gilan İnşaat” MMC bütün fəaliyyətini modern həyatın nəbzinə uyğun qurur.
Keyfiyyətli məhsul istehsal etmək, sağlam rəqabət, insanların zövqünü oxşayan tikinit-inşaat işləri aparmaq əsas hədəf seçilmişdir. "PACİFİC" markası Azərbaycanın ən böyük şirkətlər qrupundan biri olan "GİLAN HOLDİNG" - in iştirakcısıdır. İldə təxminən 300 min ton yüksək keyfiyyətli və dünya standartlarına uyğun gips və gips əsaslı inşaat məhsullarını istehsal edən həmin müəssisənin istehsalat prosesi ilə tanışlıq oldu, istehsalatın avtomatlaşdırılmasına dair bir sıra məsləhətlər və tövsiyələr verildi. Daha sonra beynəlxalq ştrixli kodlaşdırma sistemi haqqında maarifləndirici prezentasiya keçirildi. Müəssisənin işçilərinin diqqətini cəlb edən bu prezentasiyada ştrixli kodlaşdırmaya aid ətraflı məlumatlar verildi və ştrixkod avadanlığı: ştrixkod skanerlərin, printerlərin, məlumat yığımı terminalların iş prinsipləri nümayiş olundu. Ümid edirik ki, prezentasiyada əldə olunan biliklər Şirkət əməkdaşları üçün gələcəkdə faydalı olacaq. Qeyd edək ki, “GS1 Azərbaycan” Cəmiyyəti yerli sahibkarların maarifləndirilməsi proqramı çərçivəsində analojı tədbirləri ölkəmizin Lənkəran, Gəncə, Mingəçevir, Şamaxı şəhərlərində keçirmişdir. | |||||
| |||||
| geri |