
Məlumat Bazaların Sinxronlaşdırılması Şəbəkəsi
- GDSN (Global Data Synchronisation Network) -
avtomatlaşdırılmış və standartlara əsaslanan qlobal şəbəkədir ki,
partnyorlara real vaxt rejimində məhsul barədə ardıcıl məlumatı əldə
etməyə imkan yaradaraq, məlumatların təhlükəsiz və aramsız
sinxronlaşdırılmasını həyata keçirir.Yerli və dünya bazarlarında effektiv işgüzar sazişlər üçün standartlaşdırılmış və etibarlı məlumatların olması ticarət proseslərinə sərf edilən xərcləri əhəmiyyətli dərəcədə azaldır. Ticarət əlaqələrində, ilk növbədə, müəyyən etmək lazımdır ki, HARDA yerləşirsiz, NƏ satırsız və hansı bazarda satırsız. Bu sualları cavablandırmaq üçün, GS1 (EAN*UCC) sistemində Qlobal identifikasiya nömrəsi (GLN) və Qlobal əmtəə nömrəsi (GTIN) tipli əsas identifikatorlar tərtib edilib. Bir halda ki, özü-özülüyündə identifikatorlar kifayət qədər məlumatı təmin edə bilmirlər, onlar, məsələn, malın təsviri yaxud ticarət partnyorunun yerləşməsi, qiymət, ölçülər, bağlama, ünvan və s. kimi əlavə atributlarla tamamlanır. Ticarət partnyorları arasında münasibətləri təmin edən standartlaşdırılmış atributlar əsas məlumatlar (bir çox əmtəələr üçün ümumi olan, misal üçün GTIN nömrəsi) və ya əməliyyat məlumatları (konkret ticarət partnyoru üçün səciyyəvi olan, misal üçün, sifarişdə qeyd olunan miqdar) adlanır. Məlumatların Qlobal Sinxronlaşdılrılması şəbəkəsində (GDSN) əhəmiyyətli rol oynayan belə atributlardan biri də, konkret əmtəənin hansı növ məhsullara aid və hansı qrup əmtəələrə mənsub olduğunu qeyd edən Məhsulun qlobal təsnifat kodudur (GPC). GDSN şəbəkəsində hər bir GTIN nömrəsi GPC kodunun köməyi ilə təsnif edilməlidi. Bundan əlavə, bütün atributlar üçün tam informasiya (qərif, format və s.) Qlobal məlumatlar lüğəti (Global Data Dictionary, GDD) adlanan mərkəzdə saxlanılır. Bununla, GS1 sisteminin tərtib etdiyi bütün elektron biznes standartlarından (EAN*UCC) bu atributların uzlaşdırılmış şəkildə tətbiq edilməsi təmin edilir. Məlumatların Qlobal Sinxronlaşdırma şəbəkəsinin (GDSN) konsepsiyası, GS1 Assosiasiyası (əvvəllər EAN İnternational), unifikasiya edilmiş kod üzrə Şura (UCC) və GCI təşkilatı kimi təşkilatların iştirakı ilə, əməliyyatların sürətləndirilməsi və təchizat xəttində xərclərin azadılması məqsədilə tərtib edilmişdir. GDSN şəbəkəsi - kataloqların (yaxud da məlumatlar kataloqlarının) GS1 Qlobal registri ilə qarşılıqlı əlaqənin həyata keçirilməsi üçün yaradılan və internet-texnologiyalarına əsaslanan bir şəbəkədir. Bu şəbəkə bütün dünya ölkələrindən olan şirkətlərə imkan verir ki, ticarət partnyorları ilə təchizat xətti üzrə standartlaşdırılmış və sinxronlaşdırılmış məlumatların mübadiləsini həyata keçirsinlər. GDSN şəbəkəsi zəmanət verir ki, ticarət partnyorlarının mübadilə etdiyi məlumatlar dəqiqdi və universal standartlara tam uyğundu. GDSN şəbəkəsi ticarət partnyorlarından (təchizatçı və pərakəndə satıcılar), kataloqlardan (ticarət partnyorlarının məlumatlarının saxlanması və işlənməsi üzrə xidmətləri təklif edən kataloqlardan) və Qlobal GS1 registrindən (GDSN cəmiyyətinə məlumat mənbələrini lokallaşdırmağa və ticarət partnyorları arasındakı, məlumatların sinxronlaşdırılmasını təmin etməyə imkan verən qlobal direktoriyadan) ibarətdir. GDSN-nin əsas üstünlüyü ondan ibarətdir ki, hər bir ticarət partnyoru GDSN şəbəkəsinə bir giriş nöqtəsinə malikdir və sertifikatlaşdırılmış kataloqu öz tələbatına görə istifadə edir. Bu üstünlük, eyni və ya fərqli coğrafi yerləşməsi olan çoxsaylı kataloqlara yazılma xərclərini aradan qaldırmağa imkan verir. Ona görə də, ticarət partnyorlarının GS1-in Qlobal registrinə çıxışı yalnız sertifikatlaşdırılmış kataloq vasitəsilə həyata keçir. Qeyd etmək lazımdır ki, ticarət partnyorları öz şəxsi sertifikatlaşdırılmış kataloqlarından istifadə edə bilərlər. Qlobal əmtəə registrin (Global Registry) və məlumatların sinxronlaşdırma şəbəkəsinin GDSN inkişafı məqsədilə məlumatlar bazaları (Data Pools) arasında GS1 təşkilatı çərçivəsində GS1 GDSN Inc. müəssisəsi yaradılmışdı. Azərbaycan müəssisələri və ya ticarət firmaları bu layihədə GS1 Azərbaycan cəmiyyətinin vasitəsi ilə iştirak edə bilərlər (məhsulları barədə məlumatı çap etdirə və ya müəyyən məlumat bazasından ən son informasiyanın əldə edilməsinə yazıla bilərlər). Daha ətraflı məlumatı www.gs1.org/productssolutions/gdsn/ saytından əldə edə bilərsiz. |