
Əmtəənin etiketinə ştrixkodun maksimal dərəcədə dəqiq
və düzgün vurulması üçün sifarişçinin mətbəəyə
bu ştrixkodun film-masterini təqdim etməsi məqsədəuyğun olardı.
Film-master yüksək keyfiyyətlə hazırlanan və xüsusi plyonkada yazılan
ştrixkodun maketidir.Film-master əmtəənin etiketində ştrixkodun yerləşdirilməsi və sonradan mətbəədə çap edilməsi üçün nəzərdə tutulub. Bununla, ştrixkodun yaradılmasına dair bütün qaydalara və standartlara maksimal dəqiqliklə riayət edilir. Bir film-masterdən istənilən sayda etiket çap etmək olar. Tövsiyyə kimi, film-master adlanan ştrixkod simvolunun maketinin hazırlanmasını və Sizin etiketlərinizi çap edən mətbəəyə təqdim etməyinizi təklif edirik. Bu cür film-masteri GS1 Azərbaycan Cəmiyyətində sifariş etmək olar. |