
|
EPC
(Electronic Product Code, yəni məhsulun elektron kodu) - təchizat
xəttindəki hər hansı bir konkret əşyanı
müəyyən edən unikal nömrədi.
EPC kodu, silisium
çipdən və antenadan ibarət RFID radiotezlikli
işarədə saxlanılır.
EPC kodunu oxuyaraq, misal
üçün, ticarət vahidinin mənbəyini və ya
onun istehsal tarixini müəyyən etmək olar. Bir çox
cəhətlərdə
EPC, Qlobal əmtəə
nömrəsi
GTİN-lə
oxşardı: bu nömrə
də - Qlobal şəbəkəyə
(EPCglobal Network) daxil
olan informasiya sistemlərinə çıxış imkanı
yaradan açardı. EPCglobal Inc. - EAN İnternational və UCC (Uniform Code Council) təşkilatlarının yaratdığı müştərək müəssisədi. Hal-hazırda EPCglobal təşkilatı - radiotezlik identifikasiyasına (RFID) əsaslanan məhsulun elektron kod sistemi standartlarının inkişafı sahəsində liderdi. Bu sahə yüksək informasiya texnologiyaları üzrə sürətlə inkişaf edən istiqamətdir. EPCglobal Inc - sənaye və ticarət "nəhənglərini" daxil edən və diqqətini EPC sisteminin işləməsi üçün nəzərdə tutulan qlobal şəbəkənin (EPCglobal Network) standartlarının tərtib edilməsinə yönəldən bir təşkilatdı. Təşkilatın məqsədi - şirkətlər və ticarət partnyorları arasında informasiya axınlarının keyfiyyətinin artırılması yolu ilə əmtəə təchizatlarının effektivliyini və izlənmə xüsusiyyətini artırmaq. EPC sistemi və onun tətbiqi barədə daha ətraflı məlumat əldə etmək istəyən azərbaycan firmaları http://www.epcglobal.com/ saytına müraciət edə bilərlər. |