Home> GS1 sistemi haqqında> Elektron kommersiya (E-com)

   Elektron kommersiya (E-com)   

 
Elektron kommersiya - biznes idarəetməsinin yeni istiqamətidi. Bu tip ticarət şirkətlərə daha effektiv, daha çevik olmağa, müştərilərin dəyişən tələbatlarını operativ şəkildə ödəməyə və onlarla daha six münasibət şəraitində işləməyə imkan verir. İstehlakçılar, coğrafi yerləşməsindən asılı olmayaraq özlərinə daha uyğun təchizatçı seçmək imkan qazanırlar.

Elektron kommersiya - biznes-tranzaksiyalarının aparılmasının elə bir formasıdır ki, partnyorlara fiziki təmasın istifadəsindən fərqli olaraq, elektron məlumat mübadiləsindən istifadə edərək münasibət yaratmağa imkan verir:
- biznesin müxtəlif növləri arasında;
- biznes və istehlakçı arasında;
- istehlakçılar arasında;
- biznes və dövlət orqanları arasında.

"Biznes - istehlakçı" - elektron kommersiyanın pərakəndə ticarətin ekvivalenti olan kateqoriyasıdır, hansı ki, istənilən istehlak mallarını təklif edən müxtəlif növ elektron mağazalarla təqdim olunub.

"Biznes - Biznes" - elektron kommersiyanın elə bir kateqoriyasıdır ki, şirkət, təchizatçının və malın seçimindən, təchizatçıdan malın sifarişi prosesindən hesab-fakturaların alınmasından başlayaraq, ödəmə və digər əməliyyatlardan ibarət fəaliyyətini elektron məlumat mübadiləsi əsasında həyata keçirir.

"Biznes - idarə" - elektron kommersiyanın, şirkətlər və dövlət orqanları arasındakı transaksiyaların bütün növlərini əhatə edən kateqoriyasıdır. Elektron kommersiyanın bu növü hələlik yaranma mərhələsindədi, lakin, əlavə dəyər vergisinin ödənilməsi və korporativ vergi haqqlarının ödənilməsi istiqamətlərində sürətli inkişaf perspektivlərinə malikdi.

"İstehlakçı - idarə". Bu kateqoriya hələlik nəzəriyyədə mövcuddu. Onun inkişafını sosial yönümlü müxtəlif ödənişlərlə əlaqələndirirlər.

Elektron kommersiyanın inkişafını ləngidən amil - qarşılıqlı elektron əlaqəsinin ümumi standartlarının olmamasıdır.
Elektron kommersiyanın standartlarının tərtibatı ilə (məlumatların elektron mübadiləsi, məlumatların sinxronlaşdırılması üçün) bir çox beynəlxalq təşkilatlar və işgüzar cəmiyyətlər məşğul olur. Bu prosesin liderlərindən biri də GS1 Beynəlxalq assosiyasıdı.

GS1 eCom - elektron işgüzar məlumat ötürməsi üçün qlobal standartları təmin edir. Bu standartlar ticarət partnyorları arasında razılaşdırılmış işgüzar məlumatların sürətli, effektiv və dəqiq avtomatik ötürülməsini həyata keçirir.

GS1 XML və GS1 EANCOM tipli standartların istifadəsi elektron biznes məlumat ötürmələrinin standartlaşdırılmış və məlum strukturunu təmin edir.