Home > GS1 sistemi> Avtomatik İdentifikasiya Texnologiyaları> Ştrixli kodlaşdırma> GS1 Databar simvolikaları

   GS1 Databar simvolikaları  

  GS1 Databar simvolları (əvvəlki adı ixtisar olunmuş ölçülü simvolika və ya RSS) - kiçik ölçülü malların identifikasiyasında istifadə edilən və EAN/UPC ştrixkoduna nisbətən daha çox informasiya saxlayan simvolikalardır. GS1 Databar kodları GTİN nömrələrinin köməyi ilə markalanma üçün çətin olan meyvə və tərəvəz, zərgərlik əşyaları, əczaçılıq preparatlarını, həmçinin seriya və lot nömrələrini, saxlama müddətini identifikasiya etməyə imkan verir.

Bu məhsulun hərəkətini izləməsinə imkan verir. Bu kodlar dəyişkən kəmiyyətli malların identifikasiyasında istifadə olunur. GS1 Databar kodunun istifadəsi ilə bağlı tövsiyyələr yaxın gələcəkdə işlənib hazırlanacaq.


Simvolikanın əsas xarakteristikaları

GS1 Databar simvolları 7 növ ştrixkoddan ibarətdir. Onlardan dördü - GS1 Databar Omnidirectional (həryönlü), GS1 Databar Stacked Omnidirectional (həryönlü tərkibli), GS1 Databar Expanded (geniş) və GS1 Databar Stacked Expanded (tərkibi genişləndirilmiş) pərakəndə satış nöqtələrinin POS-sistemlərində həryönlü skanerlərinin oxunması üçün istifadə edilə bilər, üçü isə - GS1 Databar Truncated (kəsik), GS1 Databar Limited (həddli) və GS1 Databar Stacked (əsaslı) əl skanerlərlə istifadə üçündür.

Bütün kodlar ticarət vahidinin qlobal nömrəsini (GTİN) əks etdirir, ancaq "genişləndirilmiş" kodlar müvafiq identifikatorların köməyi ilə əlavə informasiyanı saxlaya bilər.Daha ətraflı məlumat almaq üçün GS1 Databar Ştrixkodun Spesifikasiyanın səhifəsinə baxın.

RSS (Reduced Space Symbology, ing.) abbreviaturası ilə xətti ştrixli kodların yeni ailəsini ifadə edən ixtisar olunmuş simvolika işarə olunur. RSS simvolikası EAN kodları ilə müqayisədə ştrixli kodların kiçik ölçüləri ilə xarakterizə olunur.

İlk növbədə o geniş yayılmış EAN kodlarına əlavə kimi hazırlanmışdır. 2007-ci ildə GS1 beynəlxalq təşkilatı bu simvolikaların adının GS1 Databar adı ilə əvəz olunduğunu elan etdi. Bu belə formatlı simvolikaların dünya ticarətində tətbiqinin daha geniş səviyyəyə çıxması ilə əlaqədardır.


RSS-14 simvolikası - GTİN üçün təyin edilmiş kompakt xətti simvolikadır

"Tərkibli RSS-14" simvolikası GTİN Əmtəə nömrəsinin 14 rəqəminin kodlaşdırılması üçün təyin edilmişdir. Simvol biri o birisinin altında yerləşən iki seqmentdən ibarərdir ki, bununla da simvolun qrafik təsvirinin ölçülərinin kiçik olması əldə edilir. "Tərkibli RSS-14" hər istiqamətli skanerlənməni nəzərdə tutur.

"Kəsik RSS-14" simvolikası GTİN Əmtəə nömrəsinin 14 rəqəminin aşağıdakı məhdudiyyətlə kodlaşdırılması üçün tətbiq olunur: EAN-14 nəqliyyat qablaşdırma kodundakı birinci rəqəm (logistik variant) yalnız 0 və ya 1 qiymətini ala bilər. Ona görə də, bu cür simvolikanın köməyilə EAN nömrələrinin tam diapazonunu kodlaşdırmaq mümkun deyil. Eyni zamanda, ştrixli kodun minimal fiziki öçülərində bu simvolika EAN-8 və EAN-13 nömrələrini müvəffəqiyyətlə kodlaşdırmağa imkan verir.

"Genişlənmiş RSS-14" simvolikası GTİN Əmtəə nömrəsinin 14 rəqəmini, həmçinin 72 rəqəm və ya 42 hərfi işarəni çox olmayan əlavə informasiyanı kodlaşdırılması üçündür. Burada ilkin GTİN simvolu ilə əlaqəli olan əlavə ilkin informasiyanın kodlaşdırılması məcburidir.

Kompozit simvolikalarda (Composite Symbologies, ing.) iki kod bir-birindən fiksə olan məsafədə yerləşir və qarşılıqlı əlaqəli informasiyanı daşıyır. Adətən, kodlardan biri xətti, digəri isə ya çoxsıralı və ya matrislidir. Kompozit simvolikalar, zamanın fərqli anlarında kodlaşdırılan obyekt haqqındakı müxtəlif tipli informasiyanın lazım olduğu məsələlərin həlli üçün nəzərdə tutulmuşdur.

GS1 Databar haqqında daha ətraflı məlumatı http://gs1.org/barcodes/databar saytında baxmaq olar.