Home > Bizim Xidmətlərimiz >Tez-tez verilən suallar

  Tez-tez verilən suallar  

92 Ştrixkod nədir ?
        87

Ştrixli kod - bu xüsusi elektron qurğu olan skanerlərlə oxunması rahat olan, informasiyanın müəyyən olunmuş qaydada qara və ağ zolaqların (ştrixlər və aralar) vasitəsilə kodlaşdırıldığı qrafik nişandır.

Ştrixkodun təsviri xüsusi proqramların köməyilə kompüterdə qurulur. Oxunma zamanı skaner ştrixkodu ştrixlərin və aralıqların kombinasiyasını dekodlaşdırır və onu kompüterə ötürür. Başqa sözlə ştrixli kod müxtəlif obyektlərin markalanması və sonrakı oxunması üçün maşın dilidir.

        
92 Əmtəə ştrixli kodları nə üçündür ?
        93

Ştrixli kodlar əmtəənin unikal identifikasiyası üçün istifadə olunur və malın adının ekvivalentidir. Ştrixli kodlar əsasən əmtəə istehsalçıları və xidmət göstərənlər tərəfindən istifadə olunur.

Əmtəə istehsalçılarının maraqları baxımından 1977-ci ildə UPC (Universal Product Code) Amerika kodunun əsasında Avropa ölkələri üçün yararlı olan kod strukturunu tərtib edən Avropa Əmtəə Nömrələnməsi Assosasiyası (EAN-Europe Article Numbering Association təşkil olunmuşdur. Sonralar EAN kodunun strukturu bütün dünyada yayılmışdır.

2005-ci ilin yanvarından etibarən EAN və UCC təşkilatlarının birləşməsi nəticəsində GS1 (Global Standard 1) beynəlxalq assosasiyası təşkil olunmuşdur.
1 yanvar 2009-cu il tarixinədək dünya ökələrindən 108-i bu assosasiyada birləşmişdir.

        
92 Ştrixli kodun simvolikasındakı ştrixlər və aralar nəyi ifadə edir ?
        94

Ştrixli kodun simvolikasında informasiya ştrixlərlə və aralarla verilir. Bu informasiya ştrixlərin və araların eni ilə təyin olunur (dəqiq ifadə etsək, onların nisbəti ilə).

Hündürlük heç bir informativ məna kəsb etmir və oxumanın asanlığı nöqteyi-nəzərindən seçilir - bu skaner şüasının kodun bütün ştrixlərini kəsməsini təmin etməlidir. Ştrixlərin və araların eninə xətti öçüləri "modul" adlanan xətti elementlərin sayına tam bölünməlidir.

        
92 Ştrixli kodların aşağısında yerləşən rəqəmlər nə üçün lazımdır ?
        81

Ştrixli kodların aşağısında yerləşən rəqəmlər "vizual oxunma üçün təqdim edilən" rəqəmlər kimi adlanırlar. Ştrixli kodun özü zədələnəndə və ya çap keyfiyyəti aşağı olduqda və skanerlə oxuna bilmədikdə lazım olur.
Vizual oxunmanın rəqəmsal mənasının əks olunması üçün kifayət qədər çap dəqiqliklə OCR-B şriftini istifadə etmək tövsiyyə olunur.

        
92 Ştrixkodda informasiya necə kodlaşdırıllır ?
        

İnformasiyanın kodlaşdırılması (rəqəm və hərflərin ştrixkoda çevrilməsi) ştrixli koda uyğun simvolikanın Spesifikasiyası ilə təyin olunan qaydalar üzrə icra olunur. Bu prosesin müstəqil yerinə yetirilməsi kifayət qədər çətindir və adətən aşağıdakı üsulların biri ilə yerinə yetirilir:
1. proqram təminatının istifadəsi: informasiyanın kodlaşdırılmasını icra edən və ştrixli kodun hazır təsvirini verən xüsusi proqramlar mövcuddur;
2. printerin daxili proqramlarının istifadəsi: müasir çap qurğularının çoxu ştrixkodların daxili çap funksiyaları ilə təchiz olunur.

        
92 Əmtəə məhsulları üçün ən geniş yayılmış ştrixkod formatı hansıdır ?
        90

EAN-13 ən geniş yayılan formatdır ki, bunu da istehlak mallarının çoxunda tapmaq olar.
70-ci illərdə yaranan bu format bütün dünyada tanınır və qəbul olunur.

92 İstehsalçı öz məhsuluna ştrixkod verərkən hansı üstünlüyü əldə edir ?
        

Birinci, istehsalçı ticarət müəssisəsində öz məhsulunun necə realizə olunması haqqında müntəzəm məlumat ala və buna uyğun qərar qəbul edə bilər.
İkinci, istehsalçı alıcının nəyə üstünlük verdiyini araşdırmaq üçün vasitə əldə edir.
Üçüncü, bu gün mağazaların çoxu ştrixkodsuz malları qəbul etmir, əmtəənin ixracı zamanı malda onun olması məcburidir.
Dördüncü, ştrixli kodun olmaması məhsulun rəqabət qabiliyyətini nəzərə çarpacaq dərəcədə azaldır, bəzən də onun realizə olunmasını qeyri-mümkün edir.
Beşinci, ştrixli kod alıcı üçündür.
Eyni tipli məhsullardan seçim zamanı adətən ştrixli kodla olan mala üstünlük verilir.
Bu sadə psixolojı hal istehsalçıya onun məhsuluna olan tələbatı artıraraq birbaşa xeyir verir.

        
92 Həqiqərənmi ştrixkodda əmtəənin istehlak xüsusiyyətləri haqqında məlumat var ?
        95

Xeyr, düz deyil. Belə fikir mövcuddur ki, ştrixli kodda məhsul haqqında məlumat var: məsələn, istehsalçı, qiyməti, modeli, rəngi, tarixi və s. Bu yanlışdır!
Ştrixli kod - xüsusi elektron kataloqlarından bu məhsul haqqında məlumatın əldə edilməsi üçün unikal vasitədir. Yalnız ştrixli kodun nömrəsinə görə Siz heç nə öyrənə bilməzsiniz. Bunu avtomobilin nömrə nişanı ilə müqayisə etmək olar.
Dövlət Yol Müfəttişliyinin kompüter bazasından avtomobilin nömrə nişanına görə sahibinin adını öyrənmək olar. Avtomobilin nömrə nişanının özündə isə bu informasiya yoxdur.

        
92 Öz məhsulun üçün unikal ştrixkodu necə almalısan ?
        

Ticarətin dünya praktikasında məhsulların markalanması üçün, EAN simvolikasının ştrixkodlarından istifadəsi qəbul olunmuşdur. İstehsalçı qəbul olunmuş qaydada uyğun olaraq öz məhsuluna ştrixkod vurur.
İstehsalçının kodu milli təşkilatlar - GS1 beynəlxalq təşkilatın üzvləri tərəfindən verilir. Qeydiyyatın bu qaydası eyni kodlu iki müxtəlif malın olması imkanını istisna edir.
Əgər istehsalçı EAN-13 yaxud EAN-8 unikal ştrixli kodlarını öz məhsuluna vurmaq istəyirsə, onda o, GS1 beynəlxalq qurumun üzvü olan milli təşkilata müraciət edir. Azərbaycanda GS1 beynəlxalq qurumunun üzvü GS1 Azerbaijan təşkilatıdır.

        
92 «Məhdud sirkulyasiyalı» ştrixli kod nədir ?
        97

Ştrixli kod əmtəə vahidinə ticarət təşkilatının özü tərəfindən vurulduqda bu kod «məhdud sirkulyasiyalı» kod adlanır. Bu daxili nömrələnmə üçün 020-029 intervalında prefikslər ayrılmışdır.
Belə hallarda bu ştrixkod nömrələri ticarət obyektlərindən kənar istifadədə öz unikallığını, yəni təkrarolunmasını itirə bilər.

        
92 Tək və qruplu qablaşma nədir ?
        79

Pərakəndə ticarətdə malın tək və qruplu qablaşmasını fərqləndirirlər. Tək qablaşma dedikdə kassadan keçən ayrıca mal vahidi başa düşülür. Qruplu qablaşma dedikdə isə, satış üçün kassadan keçən tək qablaşma qrupunun bir tarada birləşməsi başa düşülür.

Misal üçün, siqaretlər həm ayrıca qutularla, həm də içərisində 10 qutu olan bloklarla satıla bilər. Eyni adlı malın tək və qruplu qablaşmasının müxtəlif ştrixli kod nömrələri olmalıdır.

        
92 EAN-13 əmtəə ştrixli kodunda hansı məlumat var ?
        

Bir qayda olaraq, EAN-13 kodu aşağıdakılardan ibarətdir:
- əmtəə istehsalçısının qeydiyyatda olduğu ölkənin milli təşkilatının kodundan (3 rəqəm);
- müəssisə-əmtəə istehsalçısının (5-6 rəqəm);
- bu əmtəənin nömrəsindən (3-4 rəqəm);
- nəzarət rəqəmindən (1 rəqəm).

80

        
92 Ştrixli kodlar hansı rəngdə ola bilər ?
        90

Ştrixli kodlar müxtəlif rənglərdə ola bilər. Rəngləri seçən zaman, açıq rənglərin aralıqlar və boş zonalar üçün istifadə olunduğunu bilmək lazımdır.

Tünd rənglər, qara göy və yaşıl rəng də daxil olmaqla ştrixlər üçün istifadə olunur. Kompozit rənglər ştrixli kodların çapı üçün yaramır. Eyni tonlu rənglərin istifadəsi tövsiyyə olunur.

Kod zolağının müxtəlif rənglərdən tərtib olunması yolverilməzdir. İdeal halda, kodun ştrixləri zil qara rəngli, onun çap olunduğu sahə isə, ideal ağ olmalıdır. Bu halda ən yüksək kontranslıq əldə olunur.

92 Ştrixli kodların vurulmasında hansı qaydalara əməl etmək lazımdır ?
        

Ştrixli kodları vurarkən aşağıdakı qaydalara əməl etmək vacibdir:
- maksimal kontrastlığa və ştrixlərlə aralıqlar arasında dəqiq sərhədə nail olmaq;
- normal sürətlənmə zonalarını təmin etmək (koddan 5 mm əvvəl və sonra eyni fon).
Praktikada ən çox rast gəlinən səhvlər:
- ştrixlərin və fonun rəng kombinasiyası yolverilməzdir;
- çap çox zəifdir, tünd ştrixlər və açıq aralıqlar arasındakı kontrast kifayət qədər yüksək deyil;
- çap prosesinin nəticəsində ştrixkodda ləkələr, aralıqlar və ya nöqtələr var;
- yüksək parlaqlıq.24

        
92 Dövri nəşrlərin və kitabların ştrixli kodlaşdırılması necə həyata keçirilir ?
        82

Dövri nəşrlərin və kitabların ştrixkodlaşdırılması GS1 qaydalarına uyğun olaraq iki üsulla həyata keçirilir.

Birincisi, dövri nəşrlərin və kitabların ştrixli kodlaşdırılması başqa məhsullarda olduğu kimi EAN əmtəə nömrələri ilə həyata keçirilir.
EAN-13 nömrələrinin tətbiqi yalnız kitab, qəzet və jurnal buraxan müəssisələr üçün yox, həm də başqa məhsullar: misal üçün, bloknotlar, təqvimlər, albomlar, dəftərlər və s. buraxan müəssisələr üçün də daha əlverişli sayılır.

İkincisi, seriyalı və dövrü nəşrlərin, kitab məmulatlarının və musiqili nəşrlərin kodlaşdırılması üçün 977, 978, 979 uyğun prefiksli İSSN (İnternational Standart Serial Number), İSBN (İnternational Standart Book Number), İSMN (İnternational Standart Music Number) beynəlxalq sistemlərini tətbiq etmək olar.

        
92 Pərakəndə ticarətdə satış üçün nəzərdə tutulan ticarət vahidlərinin nömrələri necə
   identifikasiya olunur ?
        

83Pərakəndə ticarətdə satış üçün nəzərdə tutulan malların identifikasiyası üçün EAN/UCC kodları istifadə olunur. Pərakəndə satılan mallar sabit və ya dəyişən miqdarda, həmçinin "spesifik mallar" (kitablar və s.) aid ola bilər.
Beynəlxalq əmtəə nömrələnməsi sisteminin əsas qaydası: müxtəlif istehlak xüsusiyyəti mallara (növ, çəki, rəng, qiymət və s.) müxtəlif əmtəə nömrələri verilməlidir.

Malın konkret adına və istehlak xüsusiyyətlərinə birmənalı uyğun olan unikal nömrə qablaşmaya vurulur. Misal üçün, ticarət zalında bir tarada qablaşdırılmış müxtəlif həcmli (0.3 l. və 0.5 l. şüşə butulkalar, 0.5 l. və 1.0 l., 1.5 l., 2.0 l. plastik butulkalar), amma eyni ştrixkodlu "Badamlı" mineral suyu varsa, onda skaner bunları eyni mallar kimi identifikasiya edəcək və kassa aparatı eyni məbləğə çek verəcəkdir. Bu isə yolverilməzdir. Konkret miqdarlı mallar əksər hallarda EAN/UCC-13 əmtəə nömrələri ilə işarələnir.

        
92 GS1 Azerbaijan tərəfindən əmtəəyə verilən ştrixli kod başqa ölkələrdə tanınacaqmı ?
 
        63

Bəli, GS1 Azerbaijan Cəmiyyətinin əmtəəyə verdiyi ştrixli kod malın ixracı zamanı bütün dünya ökələrində tanınacaq. GS1 Azerbaiajn təşkilatı müəssisələrə 476 prefiksi ilə başlayan beynəlxalq unikal nömrə verir və onun qeydiyyatında olan müəssisələrin məhsullarının bütün ştrixli kodları bu prefikslə başlayır.

        
92 Ştrixkod skaneri nədir ?
        89

Ştrixli kodları oxuyan qurğular və ya skanerlər - bu ştrixkodların oxunması və dekodlaşdırılması üçün olan elektron-optik qurğulardır. Skanerlər ştrixkoddan əks olunan işıq selinin qəbulu və onların elektrik siqnallarına çevrilməsi prinsipi əsasında işləyir.
İstehsal, ticarət və anbar proseslərinin avtomatlaşdırılması üçün olan müxtəlif qurğular arasında ştrixli kodlar skaneri ən sadə qurğudur.
O, dəqiq müyyənləşdirilmiş vəzifələri yerinə yetirir.İntellektual qurğulara adi olmayaraq, onlar ştrixli kodların oxunması kompüterə ötürülməsi (və ya qısa müddətli saxlanılmasını) funksiyalarını yerinə yetirir.

        
92 Ştrixli kodların skaneri nə üçün lazımdır ?
        96

Ştrixli kodlaşdırmanın skaneri ştrixli kodda kodlaşdırılmış informasiyanın oxunması, dekodlaşdırılması və kompüterə ötürülməsi üçündür.
İnformasiya ştrixkodda olan rəqəm və ya hərflərin ardıcıllığı şəklində ötürülür. Skaner avtomatlaşdırılmış ştrixkodda nə şifrələndiyini "görməyə" imkan verir.

Ştrixli kod skaneri istənilən avtomatlaşdırılmış sistemin mərkəzi elementlərindən biridir. Skaner ştrixli kod olan etiketdəki kodlaşdırılmış informasiyanı, məsələn, malın adı və qiyməti, hamı üçün aydın olan yazıya çevirir.

        
92 Etiket printeri nə üçün lazımdır ?
        85

Biz alışmışıq ki, anbara və ya pərakəndə ticarətə məsul artıq istehsalçı haqqında informasiyanın ştrixkod şəklində vurulduğu halda daxil olur. Lakin həmişə belə olmur.
Kifayət qədər çox hallarda etiketdə ştrixkod olmur və ya olan markalanma kifayət etmir və onda daxili ştrixkodların yaradılması və çap zərurəti yaranır. Etiket printerləri bu məqsədlər üçün istifadə olunur.
Printerlərin başqa tətbiq variantları da vardır, misal üçün, zədələnmiş və ya dəqiq çap olunmayan ştrixkodların ayrıca etiketlərdə bərpa etmək zərurəti olduqda. Printerlər həmçinin çəkili malların etiketləşdirilməsi komplekslərinin tərkibində də istifadə edilir.

        
92 Ştrixli kodların çap keyfiyyətinə necə nəzarət etmək olar ?
        91

Əgər mümkündürsə, çap olunan etiketləri əvvəlcədən istifadə olunacaq skanerin "oxumaq" testindən keçirmək daha səmərəli olardı. Xüsusilə bu o deməkdir ki, əgər anbarda real olaraq CCD skaner istifadə olunursa, lazerli skanerlə test olunması yaramır.
Əgər bunu həyata çətin keçirmək olursa (müxtəlif skanerlər istifadə olunur) onda verifikator almaq tövsiyyə olunur.
Ştrixkod verifikatoru çap keyfiyyətini müəyyən etmək üçün oxunma seriyasını yerinə yetirir və sonra ştrixkodun oxunma keyfiyyətinə təsir edən vacib parametrləri detallaşdıran hesabat tərtib edirlər.
Bəzi printerlər daxili verifikatorlara malikdir. Böyük çap işləri və ya ştrixkodun keyfiyyətinin optimallığı vacib olan işlərdə bu cür qurğuların tətbiqi xüsusilə tövsiyyə olunur. Bu halda hər bir etiket çapdan sonra skanerlənir.
Printer çap zamanı onun keyfiyyətini test edir və optimal kontrastlığın alınmasını avtomatik olaraq tənzimləyir. Verilmiş parametrlərə uyğun gəlməyən istənilən etiket təkrar çap olunur. Ştrixli kodların verifikasiyası ştrixli kodla olan keyfiyyətli etiketlərin hazırlanmasının zəruri mərhələsidir. Ştrixli kodların standartlarla təyin olunan keyfiyyət səviyyəsinə nəzarət olunmasına tələb uçot sisteminin etibarlı işinin tələbləri ilə şərtlənir.

        
92 Məlumat yığımı terminal nədir ?
        86

Məlumat yığımı terminalı - bu uçotun avtomatlaşdırılmasının bir sı məsələlərini həll etmək üçün zəruri olan, daxili skanerli məxsusi mikrokompüterdir. Bu kompakt, yüngül və tamamilə avtonom qurğudur.

Terminal adi batareya və ya akkumlyatorlarla uzunmüddət işləyə bilər. Bundan əlavə, onun erqonomikliyinə, toz və su keçirməməsinə, uzunömürlünə və zərbəyə davamlılığına böyük tələblər qoyulur, belə ki, tez-tez bu qurğunun istismar şəraiti ideallıqdan uzaq olur.