Home > GS1 sistemi> Avtomatik İdentifikasiya Texnologiyaları> Biometriya

   Biometriya   

  Biometriya - insanın unikal fizioloji xüsusiyyətlərinin ölçülməsinə əsaslanan identifikasiya texnologiyasıdı. Biometriya texnologiyasının nümunəsi kimi - səs, sifət cizgiləri, göz, barmaq izləri, xətt, imza, damarların təsvirinə və sairəyə əsasən identifikasiyana göstərmək olar. Müxtəlif biometrik sistemlər bədənin müxtəlif hissələrini skanerləşdirirlər.

Kompüter skanerləşdirilən təsviri riyazi rəqəmli koda çevirir, hansı ki, sonradan, verilənlər bazasında saxlanılan ilkin kodla müqayisə olunur. Əgər kodlar üst-üstə düşürsə, kompüter təsdiq edir ki, skaner cihazının qarşısında dayanan adam, adı bu koda uyğun gələn adamın özüdür. Bir də qeyd etmək lazımdır ki, verilənlər bazasında, barmaq, əl izlərinin və ya gözün təsvirləri deyil, yalnız bu təsvirlərə müvafiq olan kodlar saxlanılır.