Home > GS1 Azərbaycan haqqında

   GS1 Azərbaycan haqqında   

  1999-cu il may ayının 11-də Berlində EAN-International (hal-hazırda GS1 adlanan) Assosiasiyasının Baş Assambleyasında EAN- Azərbaycan (hal-hazırda GS1 Azərbaycan Cəmiyyəti adlanan)  yekdilliklə bu təşkilata üzv qəbul olunmuşdur və ona 476 prefiksi ayrılmışdır.

Bu prefiks GS1 Azərbaycan Cəmiyyətinə Respublika üzrə "Məlumat Bankının" aparılmasına imkan yaradır. GS1 "EAN" və "GS1" əmtəə nişanların Azərbaycan Respublikasında istifadə hüquqlarını GS1 Azərbaycan Cəmiyyətinə vermişdir. Qeyd etmək lazımdır ki, GS1 Azərbaycan ölkəmizdə Beynəlxalq Assosiasiyasının üzvü kimi çıxış edən, müəssisələrin beynəlxalq sistemdə qeydiyyatını təmin edən və onlara müvafiq nömrələr vermək səlahiyyəti olan yeganə təşkilatdır.

GS1 Azərbaycan Respublika iqtisadiyyatının inkişafına və tərəqqisinə kömək göstərilməsi zəminində vətəndaşların öz iradələrini sərbəst ifadə etməsi nəticəsində yaradılan təşkilatdır. Cəmiyyətin əsas məqsədi Azərbaycanda əmtəələrin və xidmətlərin beynəlxalq avtomatik identifikasiya sistemində təbliğatı və həyata keçirilməsidir.

GS1 Azərbaycan avtomatik identifikasiya Cəmiyyətin GS1 beynəlxalq Assosiasiyasının tam hüquqlu üzvüdür və EAN.UCC sistemində Azərbaycan müəssisə və təşkilatların maraqlarını nümayiş etdirir, eləcə də Nizamnaməyə əsasən GS1 beynəlxalq sistemin milli səviyyədə istifadəsini və inkişafını təmin edir; müəssisələrin GS1 Azərbaycan beynəlxalq sistemdə qeydiyyata alır və onlara müvafiq identifikasiya nömrələri ayırır.

Sizə bu saytlara baxmağa tövsiyyə edirik:

GS1 Global Office www.gs1.org

GS1 EPCglobal www.epcglobalinc.org

GS1 EPCglobal in Europe www.epcglobaleurope.org

Discover RFID www.discoverrfid.org

ECR Europe www.ecrnet.org

Global Commerce Initiative www.gci-net.org

CIES - The Food Business Forum www.ciesnet.com