“Əmtəə nömrələmə depozitariyası” məlumat toplusu rəsmi qeydiyyata alındı
GS1 Azerbaijan (“Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği” İctimai Birliyi) 30 iyun 2025-ci il tarixində Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyi tərəfindən verilmiş 02/C-0005-25 nömrəli şəhadətnamə ilə “Əmtəə nömrələmə depozitariyası” məlumat toplusunun xüsusi qorunma hüququnu rəsmi qeydiyyatdan keçirmişdir.
Bu məlumat toplusu 476 prefiksi ilə başlayan GS1 nömrələrinin (ştrixkodların) depozitariyasıdır və Azərbaycan Respublikasının ərazisində əmtəə nömrələmə sisteminin əsasını təşkil edir.
Qeydiyyatın əhəmiyyəti:
Təsdiq edir ki, GS1 Azerbaijan 476 prefiksi üzrə milli səlahiyyətli orqandır;
Beynəlxalq GS1 standartlarına uyğun olaraq verilmiş nömrələrin mənşəyini qoruyur;
Hüquqi bazanı möhkəmləndirir və üçüncü şəxslərin qanunsuz müdaxiləsinin qarşısını alır.
GS1 Azerbaijan bütün yerli və xarici tərəfdaşları xəbərdar edir ki, 476 prefiksi üzrə ştrixkodların verilməsi hüququ yalnız GS1 Azerbaijan-a məxsusdur. Hər hansı digər təşkilat tərəfindən bu prefikslə kodların verilməsi qanunsuzdur və beynəlxalq GS1 qaydalarını pozur.
Fotolar

