Üzvlük şərtləri və haqları
GS1 sistemində qeydiyyatdan keçərək əmtəələrə beynəlxalq ştrixkod nömrələri alınması qaydaları
Əgər standart formada müqavilə bağlanmasını istəyirsinizsə, aşağıdakı prosedurla tanış olun:
İstehsal sahəsindən asılı olmayaraq hər bir fərdi sahibkar və ya hüquqi şəxs GS1 sistemində qeydiyyatdan keçərək əmtəələrini beynəlxalq ştrixkod nömrələri ilə markalaya bilər.
GS1 sistemində qeydiyyatdan keçərək əmtəələrə ştrixkod nömrələrinin alınması prosesi aşağıdakı ardıcıllıqla izlənilir:
GS1 sistemində qeydiyyat üçün onlayn https://login.gs1az.org/az, yaxud da GS1 Azerbaijan ofisinə müraciət edə bilərsiniz.
Qeydiyyat Prosesi
- Qeydiyyatdan keçmək üçün Ərizə, Müqavilə, elektron qeydiyyat haqqında Saziş imzalanır.
- Sənədlər tam şəkildə tərtib edilibsə, müqavilədə göstərilən məbləğə əsasən hesab təqdim olunur.
- Ödənişdən sonra fərdi sahibkar və ya hüquqi şəxs GS1 sisteminin İstifadəçisi olur və ona unikal identifikasiya nömrələri – GCP və GLN ayrılır.
- GS1 sistemində qeydiyyatdan keçərək unikal identifikasiya nömrəsi alan hər bir istifadəçiyə qeydiyyatını təsdiq edən sənəd – Şəhadətnamə təqdim edilir.
- Şəxsi kabinet üçün loqin və şifrə İstifadəçinin e-poçt ünvanına göndərilir.
- İstifadəçi şəxsi kabinetindən istifadə edərək yeni çeşidlər üçün GTIN-lər sifariş edir.
- Sorğunun nəticələri yoxlanıldıqdan və təsdiqləndikdən sonra müqavilə ilə müəyyən edilmiş müddətdə İstifadəçinin Şəxsi kabinetinə göndərilir.
- Əgər istifadəçi hər hansı səbəbdən şəxsi kabinetinə daxil ola bilmirsə, o zaman İctimai Birliyin əməkdaşları ilə əlaqə saxlaya bilər.
- İstifadəçi məhsulları üçün ştrixkodun rəqəmsal əhəmiyyətini aldıqdan sonra məhsulun etiketində ştrixkod yaratmağa başlaya bilər.
- GS1 identifikatorlarından istifadə hüququ illik üzvlük haqqı ilə təsdiqlənir.
Qeyd: "*" ilə qeyd edilmiş sənədlərin təqdim edilməsi mütləqdir.
Hüquqi şəxslərin qeydiyyatı
Fərdi sahibkarların qeydiyyatı