
| 21 noyabr 2007 | |
|
Dəyişkən
çəkili məhsullara aid seminar | |
|
Son zamanlar Azərbaycanda ət və toyuq məhsullarını
ştrixkodla markalayan istehsalçıların sayı artıb.
Hazırda belə növ məhsulların sayı artıq 400-ə
çatıb. Məsələnin perspektivliyini nəzərə
alaraq 21 noyabr 2007 tarixində "GS1 Azərbaycan" cəmiyyətinin
ofisində ət məhsullarının istehsalçıları
üçün seminar keçirildi. Seminarda dəyişkən çəkili məhsullara ştrixkod nömrələrinin verilməsinin yeni qaydaları açıqlandırıldı. Yeni qaydalar ştrixkodların vasitəsi ilə etiketlərdə məhsulun dəqiq çəkisini və növünü, həmçinin istehsalçı müəssisənin identifikasiya nömrəsini göstərməyə imkan verir. Seminarın işində Gəncə "Elba" MMC kompaniyası, "Dəvəçi Broyler" ATSC, "Ailə" KM, "Hövsan Quşçuluq" MMC, "CAS" firmasının Bakıdakı filialının nümayəndələri iştirak etdilər. Seminar iştirakçılarına ştrixkod çap edən printerlər, elektron tərəziləri, skanerlər, məlumat yığımı terminalları haqqında ətraflı məlumat verildi.
| |
| geri |