Home > GS1 Azərbaycan> Hadisələr

   Hadisələr

24-25 Dekabr 2007
Gəncədə reklam kampaniyası

Ştrixli kodlaşdırmanın Azərbaycandakı coğrafiyası genişlənir. Artıq respublikamızın 40 regionunda istehsalçılar ştrixli kodlardan istifadə edirlər. Avtomatik identifikasiya sisteminə daha çox istehsalçı cəlb etmək məqsədi ilə "QS1 Azərbaycan" Cəmiyyəti 2007-ci ilin 24-25 dekabr tarixlərində Gəncə şəhərində səyyar reklam kampaniyası keçirdi. Şəhərin İcra hakimiyyətinin binasında keçirilmiş tədbirdə 40-a qədər işgüzar adam iştirak etdi.

Hazırda Gəncə və Gəncə ətraflı ərazisində 14 təşkilat 250 müxtəlif növ məhsulunu ştrixkodlarla istehsal edir. Ştrixli kodlaşdırma sisteminin əhəmiyyəti haqqında ətraflı prezentasiyalar "GS1 Azərbaycan" Cəmiyyətinin Baş direktoru V.Əliyev, icraçı direktor N.Nəzərova, mühəndis S.Səlyanskaya, "İnfotek və Servis" Şirkətinin kommersiya direktoru Karl Draffen tərəfindən təqdim olunmuşdur.

Tədbir zamanı ştrixli kodlaşdırma avadanlıqlarının: ştrixkod skanerlərinin, etiket çap edən termotransfer printerlərin, məlumat yığımı terminallarının müxtəlif markalı modelləri nümayiş etdirildi. Tədbirdə İSO standartlarına aid məsələlərlə "MN Consalting" MMC-nin direktoru Mansur Babazadə və mühasibat üçotu haqqında AGN MAK Azerbaijan LTD kompaniyasının direktoru Zamin Hüseynov çıxış etdilər.

İştirakçılar tərəfindən çoxsaylı suallara cavablar verildi. "GS1 Azərbaycan" Cəmiyyəti ölkəmizin ayrı-ayrı regionlarında belə tədbirlərin keçirilməsini planlaşdırır. Çünki onlar böyük əhəmiyyət kəsb edir və ştrixkod istifadə edənlərin artmasına yönəldilir.

                                                                                                                                                                                                                           geri