
| 3 Aprel 2008 | |
|
Avtomatik identifikasiyanın müasir
həlləri: markalanma, identifikasiya, avadanlıq prezentasiya
| |
|
3 aprel 2008-ci il tarixində Bakı şəhərinin Beynəlxalq
Mətbuat Mərkəzində "Avtomatik identifikasiyanın müasir
yolları: Markalanma. İdentifikasiya. Avadanlıq" mövzusunda təqdimat
mərasimi keçirilmişdi. Bu tədbir çərçivəsində istehsalat, ticarət və xidməti müəssisələrin rəhbərləri, istehsalatda identifikasiya sistemlərinin tətbiq edilməsi təcrübəsi ilə tanış oldular, məhsulların ştrixli kodla markalanmasına dair müxtəlif qaydaları müzakirə etdilər və avtomatik identifikasiyanı təmin edən texnologiyalar barədə ətraflı məlumat əldə etdilər. ![]() GS1 Azərbaycan Cəmiyyətinin baş direktoru Vəfa Əliyev prezentasiya iştirakçılarına Zebra, Datalogic və "İnfotek&Servis" şirkətlərini təqdim etdi. Zebra şirkətinin nümayəndəsi Andrey Çixlyayev və Datalogic şirkətinin nümayəndəsi Sergey Smakotin öz müəssisələrinin fəaliyyəti barədə danışdılar.
Zebra Technologies Corporation, ABŞ şirkəti - dünya üzrə
ştrixkodlar və plastik kartlarda çap etmək üçün
printerləri, yapışqan müxtəlif tətbiq sahələri
üçün etiketlər və ribbonları istehsal edən ən
aparıcı şirkətlərdən biridi. Şirkət öz sifarişçiləri üçün Avropada, Asiyada və Amerikada satış, xidmət və dəstək mərkəzləri yaradıb. Datalogic, İtaliya şirkəti - ştrixkod avadanlıqları istehsalı üzrə dünya lideridi (ştrixli kodların oxunması üçün skanerlər, məlumat yığımı terminalları, simsiz sistemlər, RFID avadanlıqlar və s.). Hal-hazırda bu şirkətin partnyorlar şəbəkəsinə 40 ölkədən olan 500 kompaniya daxildir.
Rusiyada Zebra və Datalogic məhsullarının istifadəsi barədə
"İnfotek&Servis" moskva şirkətinin baş direktoru Yergeniy Lavrentyev
danışdı.
| |
| geri |