Home > GS1 Азербайджан> События

   События   

Avqust 2008
Şəhadətnamələrin verilməsi

Ənənəyə əsasən, GS1 Azərbaycan Cəmiyyətinin ofisində hər ay ştrixli kodlaşdırma sisteminin yeni istifadəçilərinə şəhadətnamə verilmə mərasimləri keçirilir. Belə mərasimlərdə ştrixli kodlaşdırma haqqında ümumi məlumat verilir. İştirakçılar ştrixli kodlaşdırma sisteminin əsasları, bu sistemin tətbiqi zamanı istifadə edilən avadanlıqlarla (skaner, printer, məlumat yığımı terminalı) ilə tanış olurlar.

Həmçinin ştrixli kodun çap edilməsi zamanı yol verilən tipik səhvlər iştirakçılara izah edilir. Standartlara üyğun gəlməyən yanlış rənglərin və ölçülərin seçilməsi, ştrixli kodun bağlamaların üzərində düzgün yerləşdirilməməsi və s.

İştirakçılar GS1 Azərbaycan Cəmiyyətinin ofisində təşkil olunmuş sərgi ilə tanış olurlar. Sərgidə respublikamızda istehsal olunan və üzərində ştrixli kod olan və həmçinin də saxta ştrixkodlu məhsulların nümunələri nümayiş olunur.

Mərasim, iştirakçılarının özlərinin də qeyd etdiyi kimi, onlara ştrixli kodun tətbiqinə dair zəruri məlumatı əldə etməyə imkan yaradır.

Hazırda, Azərabycanda GS1 sistemi istifadəçilərinin sayı 590 yerli istehsalçıdan artıqdır, və Azərbaycanın 17 min növdən artıq yerli məhsulunun bağlamalarının üzərində beynəlxalq ştrixkod var.

Qeyd etmək lazımdır ki, sahibkarlıq sahəsində ştrixkodların istifadəsinə dair maraq ilbə-il artmaqdadır. İstifadəçi artımının göstəricisi kimi Beynəlxalq Qlobal sistemə müəssisələrin artan sayını göstərmək olar.
                                                                                                                                                                                                                           geri