
| Sentyabr 2008 | |
|
GS1 Belarusda təcrübə
mübadiləsi
| |
|
GS1 Azərbaycan Cəmiyyətinin icraçı
direktoru N.Nəzərova və meneceri S.Hacıyeva sentyabr ayında Minsk
şəhərində - GS1 Belarus Assosiasiyasında və İdentifikasiya
sistemləri Mərkəzində təcrübə mübadiləsində
olublar. Səfər zamanı GS1 Belarus təşkilatının icraçı direktoru V.A.Pavlovskiy ilə ştrixkodların verilməsi, ələlxüsus da dəyişkən çəkili malların kodlaşdırılması barədə ətraflı müzakirə aparılıb. GS1 Belarus təşkilatın xidmət haqlarının ödənilməsi, təşkilatların üzvlüyə qəbul və xaric olunması prosedurları da müzakirə obyekti olub. İdentifikasiya sistemləri Mərkəzinin direktoru V.Dravitsa və baş mütəxəssisi A.Aqafonov ilə Minsk şəhərinin iri supermarketlərində satılan malların ştrixkodlarının verifikasiyasının keçirilməsi təcrübəsi haqqında fikir mübadiləsi aparılıb. GS1 Belarus təşkilatı 1998-ci ildən başlayaraq Belarus istehsalçılarına 481 prefiksli ştrixkod nömrələri verir. Hazırda 3000-dən çox üzvü olan GS1 Belarus MDB-də GS1 sisteminin qabaqcıl təşkilatlarından biri sayılır.
| |
| geri |