Home > GS1 Azərbaycan> Hadisələr

   Hadisələr

Oktyabr 2008
Avtomatik identifikasiyasının tətbiqi

Oktyabr ayının sonunda GS1 Azərbaycan Cəmiyyəti ölkəmizin qədim diyarı Şamaxı şəhərində yerləşən "Star" televizorları və digər məişət təyinatlı avadanlıqları istehsal edən zavodda səyyar təqdimat seminarı keçirib. Tədbirdə zavodun aparıcı mütəxəssisləri, sahə və sex rəhbərləri iştirak ediblər.

Seminar televizor yığılması prosesi üçün nəzərdə tutulan ştrixkodların istifadəsinin praktiki məsələlərinə həsr edilmişdi. Seminar iştirakçılarına video materiallardan istifadə etməklə avtomatik identifikasiya texnologiyaları barədə, ştrixli kodlaşdırmada üzləşən səhvlərə dair məlumat verilib.

Zavodun direktoru Təranə Hüseynova bildirib ki, dövriyyənin artması və fəaliyyətin genişlənməsi ilə əlaqədar zəruri məlumata tam həcmdə malik olmaq, sürətli əmtəə axınının uçotunun səhvsiz aparılması mümkünsüzdür. Və burda ən effektiv və ucuz üsulu kimi ştrixli kodlaşdırma texnologiyasının tətbiqini göstərmək olar.

Zavodun sexlərində texnolojı prosesinin təşkili ilə tanış olan GS1 Azərbaycan Cəmiyyətinin mütəxəssisləri ştrixkodların istifadəsi ilə bağlı öz dəyərli məsləhətlərini veriblər.

Seminar göstərdi ki, "Star" müəssisəsində ştrixli kod texnologiyasının tətbiqi çox aktualdı.
Zavodun direktoru keçirilmiş tədbir üçün GS1 Azərbaycan Cəmiyyətinin mütəxəssislərinə öz minnətdarlığını bildirdi.
                                                                                                                                                                                                                           geri