
| 1 iyun 2009 | |
|
Tələbələr üçün praktiki seminarlar | |
|
Azərbaycan İqtisadi Universitetinin "Marketinq" kafedrası ştrixli kodlaşdırma haqqında ətraflı məlumat almaq üçün GS1 Azərbaycan Cəmiyyətinə müraciət etmişdi. Kafedranın müəllimləri Leyla Hacıyeva və Hicran Muradova 3-cü kursun Azərbaycan və rus sektorlarının tələbələri üçün seminarların keçirilməsini xahiş etmişdirlər. Tələbələrin ixtisasını nəzərə alaraq may-iyun aylarında Cəmiyyətin mütəxəssisləri tərəfindən video materiallardan istifadə etməklə ştrixkodlaşdırma sisteminin yaradılması, istifadə sahələri, ştrixkodların rəngləri, ölçüləri, növləri, izləmədə və logistikada avtomatik identifikasiyanın istifadəsi haqqında onlara məlumatlar verildi. Bundan başqa tələbələrə ştrixkodlaşdırma avadanlıqları, standartlara uyğun olmayan kodlar göstərilmişdir. Qeyd etmək lazımdırkı, tələbələr böyük maraqla mütəxəssisləri dinləyirdilər və çoxlu suallar verirdilər. Müəllim və tələbələrə GS1 Azərbaycan Cəmiyyətinin metodik-informasiya materialları paylanmışdır.
| |
| geri |