
| 24 dekabr 2008 | |
|
İctimai Şuranın iclası | |
|
24 dekabr 2008-ci il tarixdə bir sıra nazirlik və idarə
nümayəndələrinin iştirakı ilə GS1 Azərbaycan
Cəmiyyətinin İctimai Şuranın geniş iclası keçirildi.
Şura Azərbaycanda avtomatik identifikasiya texnologiyalarının geniş
istifadəsi və GS1 Azərbaycan Cəmiyyətinin fəaliyyətinin
perspektiv istiqamətlərini müzakirə etmişdi. İclasda əsasən ştrixkod sisteminin səhiyyədə tətbiqi haqqında, xüsusilə də falsifikasiyalı dərmanlarının yerli bazara çıxarılmasının qarşısını almaq haqqında məsələlər müzakirə edilmişdir. Bu barədə Dərman Preparatlarının Analitik Ekspertiza Mərkəzinin müfəttişi B.Bağırov ətraflı danışdı. Şura üzvü olan «Bakı-Şərab-1» ATSC-in laboratoriya müdiri Şirindil İmanov, Azərbaycan Şərabçılar İctimai Birliyinin sədri Tariyel Pənahov və «Kamal» elmi-texnolojı jurnalın baş redaktoru Rövşən Aslanov Azərbaycanda ştrixkodun perspektivli inkişaf proqramının tətbiq edilməsinin vacibliyi haqqında danışdılar. İclasın sonunda rəy və nəticələr qəbul edildi.
| |
| geri |