Home > GS1 Azərbaycan> Hadisələr

   Hadisələr

7 oktyabr 2008
GS1 sisteminin yeni istifadəçiləri

7 oktyabr 2008-ci ildə GS1 Azərbaycanın ofisində GS1 sisteminə üzv olan yeni istifadəçilərə şəhadətnamə verilmə mərasimi keçirildi. İclasda 10 nəfərdən artıq adam iştirak edirdi.

Onlar arasında «Digah-Broyler» MMC, «Qaraqaşlı broyler» ATSC, «Mako» KM, fiziki şəxslər Quliyev Afər Müzəffər oğlu, Hacı-Rəsulov Qoşqar Əhməd oğlu və başqaları da var idi. Təşkilatların nümayəndələrinə GS1 Azərbaycan Cəmiyyəti tərəfindən verilmiş Unikal identifikasiya və Məlumatların Elektron Mübadiləsi üçün Qlobal Yerləşdirmə Nömrələrlə qeyd olunan şəhadətnamələr təltif edildilər.

Prezentasiyada ştrixkod avadanlıqlarının nümayişi, ştrixkodun çap olunması zamanı tipik səhvlər haqqında söhbət aparılmışdır.
                                                                                                                                                                                                                           geri