Home > GS1 Азербайджан> События

   События   

27-28 fevral 2009
Mingəçevir şəhərindəki «KÜR» elektron avadanlıqlar zavodunda prezentasiya

27-28 fevral 2009-cu ildə GS1 Azərbaycan Cəmiyyəti Mingəçevir şəhərində yerləşən «KÜR» elektron avadanlıqları zavodunda «Sənayedə ştrixkodlardan istifadə» mövzusunda səyyar prezentasiya keçirdi.
Prezentasiyaya sex rəhbərləri, zavodun mütəxəssisləri, şəhərin başqa müəssisələrinin nümayəndələri dəvət edilmişdi.

Ştrixli kodlaşdırma sisteminin dünyada və yerli praktikada tətbiqi haqqında GS1 Azərbaycan əməkdaşlarının çıxışlarına dəvət olunanlar böyük maraqla dinləyirdilər. Prezentasiyada videomaterialdan istifadə etməklə istehsalçıların tez-tez üzləşdikləri problemlərdən danışıldı.

Prezentasiya iştirakçılarına ştrixkodlaşdırma avadanlıqları: skanerlər, etiket printerləri, məlumat yığımı terminalları və avtomatlaşdırılmış uçot sistemi üçün kompüter proqramlarının iş üsulu nümayiş edilmişdir. 1C proqramının imkanlarından danışan və nümayiş edən proqramçı Rüfət İsayevin çıxışı iştrirakçıların diqqətini cəlb etdi.

Ekskursiya zamanı zavodun direktoru R.A.Osmanov istehsal olunan məhsullar haqqında danışdı. Prezentasiya iştirakçılarına məhsulun üzərinə ştrixkodun düzgün vurulması və onun çap keyfiyyəti haqqında suallara praktiki konsultasiya keçirildi.
                                                                                                                                                                                                                           geri