
| Noyabr 2008 | |
|
Tələbələr
üçün praktiki seminarlar | |
|
GS1 Azərbaycan təşkilatı respublikamızın ali
məktəblərində təhsil alan tələbələr
üçün vaxtaşırı praktiki seminarlar keçirir. Seminarlarda
tələbələrə ştrixkod haqqında geniş məlumatlar
verilir. Azərbaycan Dövlət Neft Akademiyasının "İstehsalat
proseslərinin avtomatlaşdırılması" fakültəsinin
tələbələri daim bu seminarların iştirakçıları
olurlar. Akademiyanın müəllimi Ş.İmanovun təşəbbüsü ilə tələbələr üçün ştrixli kodlaşdırma haqqında təqdimatlar keçirilir. GS1 Azərbaycanın mütəxəssisləri ştrixkodun ölçüləri, rəngləri, növləri, ştrixkoddan düzgün istifadə və s. kimi ən əsas aspektləri izah edirlər. Tələbələrə təşkilatının sərgisində olan yerli istehsalçıların ştrixkod alınmış məhsullarını nümayiş etdirilir. Standartlara uyğun olmayan ştrixkodlar xüsusilə tələbələrin marağına səbəb olur. Seminar iştirakçılarına GS1 Azərbaycanın metodik-məlumat materialları təqdim edilir.
| |
| Tələbələr GS1 Azərbaycanın ofisində praktiki seminarlar zamanı | |
| geri |